Türkiyədə daşqın 8 nəfərin həyatına son qoydu

23
(Yenilənib 10:17 25.08.2015)
Türkiyənin Rizə və Artvin vilayətlərində leysan yağışların yaratdığı sel daşqınları 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.

BAKI, 25 avq — Sputnik. Türkiyənin Rizə və Artvin vilayətlərində leysan yağışların yaratdığı sel daşqınları 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, daha iki nəfər itkin düşmüş hesab edilir.   

Bir neçə mahalda yaşayış evləri uçub, yollar dağıdılıb, elektrik enerjisi təchizatında və rabitənin işində fasilələr yaranıb.

Rizədə yerli SES sıradan çıxıb. 

23