Bıçaq

Xersonda Krımda daha iki azərbaycanlı adamı öldürülüb

45
(Yenilənib 14:44 18.08.2015)
Hər iki şəxsin yaxınları qətldə erməniləri ittiham edir.

BAKI, 18 avq — Sputnik. Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub.

Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyevdir. Bu barədə APA-ya onun atası Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib.  

Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədilə getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını danışıb: “Yaltada onun ticarət obyekti vardı. Yaxınlıqda daha bir azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlumun qonşuluğundakı azərbaycanlı gəncə sataşıblar. Oğlum dərhal buna etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum ediblər. Bu zaman daha bir neçə erməni onlara köməyə gəlib və oğlumu təkləyiblər. Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum yerindəcə keçinib. Yalta şəhər Polis İdarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuranlar isə sonradan köməyə gələnlər olub”.

Ə. Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib: “Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacağam".

Digər azərbaycanlı — əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib.

V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə qardaşımı görüşə çağırıb, onu qorxutmaq istəyiblər. Sonradan milis tərəfindən saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir”.

İ. Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: “Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq”.

Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov isə APA-ya bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: “Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım gəlsə, kütləvi etiraza da qalxacağıq”.

Xatırladaq ki, Xersonda daha bir azərbaycanlı iş adamı İlham Tağıyev də bir müddət əvvəl öldürülüb.

45
Teqlər:
bıçaq zərbəsi, bıçaqlaşma
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

2
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

2
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp