Zəkəriyyə Öz

Fətullahçı prokurorlar Ermənistandan Almaniyaya qaçdılar

9
(Yenilənib 11:57 14.08.2015)
"Hürriyət" qəzetinin məlumatına görə, prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara avqustun 11-də axşam saatlarında İrəvan hava limanından Berlinə uçublar.

BAKI, 14 avq – Sputnik. Bir neçə gün öncə Türkiyədən Ermənistana qaçan və Fətullah Gülənə yaxınlığı ilə tanınan prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın hazırda Almaniyada olduğu bildirilir. Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb. 

Qəzetin məlumatına görə, prokurorlar avqustun 11-də axşam saatlarında İrəvan hava limanından Berlinə uçublar. Onlardan Almaniyadan başqa bir ölkəyə gedib getməməsi isə bilinmir.

Digər bir iddianı isə Ukrayna polisi ortaya atıb. Polisin dediyinə görə, qaçaq prokurorlar hazırda Ukraynanın qərbində, bir dağ evində gizlənirlər.

Türkiyə təhlükəsizlik qüvvələri, Fətullah Gülənə yaxınlığı ilə bilinən prokurorların ölkəyə gətirilməsi üçün İnterpolla birgə çalışdıqlarını açıqlayıb.

Haqlarında həbs qərarı çıxacağını həmkarlarından öyrənən prokurorlar avqustun 10-u gecə səhərə yaxın ölkənin şərq vilayəti Artvindən Ermənistana keçiblər. 

Zəkəriyyə Öz və Cəlal Kara 17-25 dekabr 2013-cü ildə Türkiyədə sivil çevrilişə cəhddə təqsirləndirilirdilər.


9
Teqlər:
prokuror Cəlal Kara, Cəlal Kara, prokuror Zəkəriyyə Öz, Zəkəriyyə Öz, Türkiyə
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

6
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

6
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

3
(Yenilənib 09:34 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

3
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması