Dəməşq

Dəməşq raket zərbəsinə məruz qaldı: 32 ölü

48
(Yenilənib 17:09 12.08.2015)
Suriyada hökumətə qarşı döyüşən müxalif qruplar paytaxt Dəməşqin mərkəzində mülki vətəndaşların yaşadığı bölgələri top və raket atəşinə tutublar.

BAKI, 12 avq — Sputnik. Suriyada hökumətə qarşı döyüşən müxalif qruplar paytaxt Dəməşqin mərkəzində mülki vətəndaşların yaşadığı bölgələri top və raket atəşinə tutublar.

Suriya Daxili işlər nazirliyinin açıqlamasına görə, 50-dən artıq raketin və top mərmisinin düşdüyü ərazidə ən azı 32 mülki vətəndaş ölüb, 175 nəfər isə yaralanıb.

"Ceyş əl-İslam" qruplaşmasının yerləşdiyi nöqtədən edilən hücumda Dəməşqin müxtəlif bölgələri nişan alınıb.

48
Teqlər:
Ceyş əl-İslam qruplaşması, Ceyş əl-İslam, Suriya, Şam, Dəməşq