Suriya

ABŞ: Suriyada təhlükəsiz bölgə yaradılmayacaq

19
(Yenilənib 13:05 12.08.2015)
ABŞ Dövlət departamenti, Türkiyə Xarici işlər nazirliyinin müşaviri Feridun Sinirlioğlunun Suriyada təhlükəsiz bölgə məsələsində anlaşma əldə olunduğu barədə sözlərini təkzib edib.

BAKI, 12 avq — Sputnik. ABŞ Dövlət departamenti, Türkiyə Xarici işlər nazirliyinin müşaviri Feridun Sinirlioğlunun Suriyada təhlükəsiz bölgə məsələsində anlaşma əldə olunduğu barədə sözlərini təkzib edib.

İki ölkə arasında anlaşılan nöqtənin İŞİD-ə qarşı aparılan mübarizədə Türkiyənin infrastrukturundan istifadə olduğunu bildirən Dövlət departamentinin sözçüsü Mark Toner, Suriyada yaradılacaq bölgəni adlandırmaq istəməyib.

"Türkiyə, ABŞ-a infarstrukturundan istifadə etmək haqqı verərək ABŞ-ın İŞİD-ə qarşı hava hücumlarını artırması üçün geniş imkan yaradıb. Bu məsələ barədə çox məlumat vermişik. Təhlükəsiz bölgə deyilən bir şey yoxdur. Bu barədə danışmamışıq. Biz sadəcə İŞİD-in bu bölgədən çıxarılması barədə razılığa gəlmişik. Amma məsələn "İŞİD-siz bölgə" yaradılması barədə razılıq deyə bir şey yoxdur", deyə Toner bildirib.

19
Teqlər:
Dövlət departamentinin sözçüsü, Suriyada təhlükəsiz bölgə məsələsi, Suriyada təhlükəsiz bölgə, İŞİD terror qruplaşması, İŞİD, ABŞ Dövlət Departamenti, Mark Toner, Feridun Sinirlioğlu, Türkiyə Xarici işlər nazirliyinin müşaviri, Suriya, Türkiyə
ABŞ bayrağı

Birləşmiş Ştatlar Avropa İttifaqı Belarusa sanksiya tətbiq etdi

3
Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı var. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

BAKI, 21 iyun — Sputnik. Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 16 fiziki şəxsə, həmçinin Belarus Milli Təhlükəsizlik Komitəsinə, Belarus DİN-inin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Baş İdarəsinə, Belarus DİN-in Daxili Qoşunlarına, Minskin Akrestsin küçəsindəki cinayətkarların təcrid olunması Mərkəzinə də şamil olunacaq.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont, Belarus Parlamentinin yuxarı palatasının spikeri Natalya Koçanova, Belarus Milli Təhlükəsizlik Komitəsinin "Alfa" xüsusi dəstəsinin komandiri Sergey Zubkov, Minskin milis rəisi Mixail Qrib, Belarusun ədliyyə nazirinin müavini Sergey Kalinovski və Belarusun Baş Prokuroru Andrey Şvedinin də adları var.

Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı qeyd olunub. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

Siyahıda olan şəxslərin Aİ-də bütün aktivləri dondurulacaq və onların Aİ-yə səyahəti qadağan olunacaq.

Ümumilikdə Aİ-nin Belarusla bağlı tətbiq etdiyi üç sanksiya paketi çərçivəsində Aleksandr Lukaşenko da daxil olmaqla 166 Belarus vətəndaşı və 15 təşkilata qarşı sanksiya qəbul olunub.

3
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu

Ekspert: “İrandakı prezident seçkiləri dəyişikliklərə səbəb olacaq”

7
(Yenilənib 14:36 21.06.2021)
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var
Vüqar Zifəroğlu: “Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”

“Son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb”. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, islahatçı qanadı mühafizəkarların əvəz etməsi İranın daxili və xarici siyasətində istər-istəməz müəyyən dəyişikliklərə səbəb olacaq: “Dəyişikliklər istənməsəydi islahatçı namizədlərdən birinin artıq səs toplamasının şahidi olardıq. Dəyişikliklərin prinsipial nöqtələrlə bağlı olub-olmayacağını demək üçün bir qədər zamana ehtiyac var. İran hələlik daxildə olan problemlərini həll etməklə məşğul olacaq. Bununla yanaşı Cənub qonşumuz Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışacaq”.

Vüqar Zifəroğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Azərbaycan vətəndaşlarının testi

Üç yüzə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul olundu

0
(Yenilənib 20:37 21.06.2021)
Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri də vətəndaşlığa qəbul edilib.

BAKI, 21 iyun — Sputnik. Ölkə Prezidenti 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sputnik Azərbayan-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib: "Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər".

Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir.

Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

0