Sergey Lavrov - Adil El Cubeyr

Rusiya Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Moskvada görüşdü

20
(Yenilənib 18:57 11.08.2015)
Bəşər Əsədin gələcək aqibətilə bağlı Lavrovla aralarında fikir ayrılığı olduğunu deyən Adil Cübeyir Suriyanın gələcəyində Əsədi görmədiklərini söyləyib.

BAKI, 11 avqust – Sputnik. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Cübeyir Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. 

Bəşər Əsədin gələcək aqibətilə bağlı Lavrovla aralarında fikir ayrılığı olduğunu deyən  Adil Cübeyir Suriyanın gələcəyində Əsədi görmədiklərini söyləyib. 

“Səudiyyə Ərəbistanı və Rusiya, Suriyada vətəndaş müharibəsinin tezliklə bitməsini istəyir. Hər iki ölkə problemə siyasi həllin tapılmasını arzulayır. Lakin təəssüflər olsun ki, Bəşər Əsədin gələcək aqibətilə bağlı cənab Lavrovla aramızda fikir ayrılıqları var. Biz Suriyanın gələcəyində Əsədə yer olmadığı qənaətindəyik” deyə A.Cübeyir qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə diqqəti İŞİD-ə yönəldib. O, İŞİD-lə mübarizə üçün “Birləşmiş koalisiya” yaradılmasını təklif edib. Lavrov, yaradılacaq koalisiyaya Əsədin də daxil olmasını təklif edib. lakin S.Ərəbistanı Rusiyanın bu təklifi ilə razılaşmayıb.

20
Teqlər:
Sergey Lavrov, Adil Cübeyir