Zəkəriyyə Öz

Fətullahçı prokurorlar Türkiyədən Ermənistana qaçıblar

542
(Yenilənib 16:05 11.08.2015)
Zəkəriyyə Öz və Cəlal Kara 2013-cü ildə ölkədə sivil çevrilişə cəhd etməkdə təqsirləndirilirdi.

BAKI, 11 avqust – Sputnik. Türkiyədə paralel dövlət qurmaqda təqsirləndirilən və haqlarında bu gün səhər həbs qərarı çıxan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara gecə səhərə yaxın ölkədən qaçıblar. Onlar ilk öncə Gürcüstana, oradan da Ermənistana keçiblər. 

Xəbəri ölkənin şərqində yerləşən Artvin vilayətinin valisi Kamal Cirit də təsdiqləyib: “Keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara səhər saat 04:19 radələrində sərhəd keçid məntəqəsindən Batuma keçiblər. Əldə etdiyimiz dəqiq məlumatlara görə onlar daha sonra Ermənistana qaçıblar”. 

Hər iki şəxs 2013-cü ildə ölkədə sivil çevrilişə cəhd etməkdə təqsirləndirilirdi.

542
Teqlər:
Zəkəriyyə Öz ölkədən qaçıb, Türkiyədə paralel dövlət qurmaq, Türkiyədə paralel dövlət, Cəlal Kara, Zəkəriyyə Öz, Türkiyə