Əhali

2100-cü ildə dünya əhalisinin sayı 11 milyardı ötəcək

693
(Yenilənib 15:22 11.08.2015)
Planetin əhalisinin artımı yalnız Afrikada Böyük Səhradan cənubda yerləşən ölkələrdə doğuşun sayının azalması nəticəsində dayanacaq.

BAKI, 11 avq-Sputnik. 2050-ci ilə planetin əhalisinin sayı 7.3-dən 9.7 milyarda, 2100-cü ilə isə 11,2 milyardadək artacaq. 

Sputnik xəbər verir ki, BMT-nin demoqrafik bölməsinin direktoru Con Uilmot 10 avqust tarixində Sietldə keçirilmiş statistiklər konfransında bu barədə məlumat verib.

BMT ekspertlərinin fikrincə, planetin əhalisinin artımı yalnız Afrikada Böyük Səhradan cənubda yerləşən ölkələrdə doğuşun sayının azalması nəticəsində dayanacaq. Hələ ki hadisələrin belə inkişaf ehtimalı 23 faiz civarında qiymətləndirilir.

2100-cü ilə Afrikada yaşayan əhalinin sayının 1.2-dən 3,4-5,6 milyardadək artacağı gözlənilir.

Asiya planetin ən sıx məskunlaşmış regionu olaraq qalacaq. Belə ki, XXI əsrin ortalarında bu regionda yaşayan əhalinin sayı 5,3 milyarda yaxınlaşacaq, amma sonra 4,9 milyardadək azalacaq.

693
Teqlər:
dünya əhalisinin sayı, dünya əhalisi, əhali, BMT-nin demoqrafik bölməsi, BMT, Con Uilmot