BAKI, 10 avq — Sputnik. ABŞ-ın Ferqüson şəhərində polislə etirazçılar arasında baş vermiş qarşıdurmadan sonra Sent Luis dairəsində fövqəladə vəziyyət elan olunub.
Dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbəri Con Belmara Ferqüson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib.
Qeyd edək ki, ötən gün gecə saatlarında Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.
Police just charged at protesters and snatched several men. @stlcountypd officer alleges "they had weapons". Ferguson pic.twitter.com/BcSbKNfLKf
— Jon Swaine (@jonswaine) 11 августа 2015