Qırıcı

ABŞ qırıcıları Türkiyə ərazisindən Suriyaya girdi

139
(Yenilənib 11:34 05.08.2015)
Türkiyənin icazə verməsindən bu yana, ilk dəfə olaraq pilotsuz döyüş təyyarələri Suriyanın şimalındakı İŞİD mövqelərini bombalayıb.

BAKI, 5 avqust – Sputnik. Pentaqon, Türkiyədə yerləşən İncirlik hərbi hava bazasından Suriyaya ilk müdaxiləni gerçəkləşdirdiklərini açıqlayıb. 

Türkiyənin icazə verməsindən bu yana, ilk dəfə olaraq pilotsuz döyüş təyyarələri Suriyanın şimalındakı İŞİD mövqelərini bombalayıb. 

Pentaqon spikeri Ceff Devis, jurnalistlərə verdiyi açıqlamada, yaxın günlərdə pilotlu qırıcıların da İncirlik bazasından havaya qalxacağını deyib. 

Devis, məqsədlərinin Suriyalı müxalif döyüşçüləri İŞİD və Əsəd qüvvələrindən qorumaq olduğunu bildirib.

139
Teqlər:
pilotsuz döyüş təyyarələri, İncirlik hərbi bazası, İncirlik bazası, İncirlik Hərbi Hava Bazası, İŞİD mövqeləri, Ceff Devis, Türkiyə
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

19
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

19
 Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən

Lukaşenko azərbaycanlı səfirə: "Ümid edirəm ki, Belarus hər zaman qəlbinizdə qalacaq"

8
(Yenilənib 15:30 26.07.2021)
Prezident Aleksandr Lukaşenbko deyib ki, Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.

BAKI, 26 iyul — Sputnik. Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

"Nəsə pis bir ənənədir: bizim ən yaxşı dost səfirlər yola düşür və sizdən sonra gələnlərin bizim yaxşı dostlarımız olacağına ümid edirik. Biz sizin səlahiyyət müddətinizdə olduğu kimi Azərbaycanla ən xoş münasibətlər qura biləcəyik. Azərbaycanla yaxşı əlaqələrimizin olacağına şübhə etmirəm, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacardıq", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti hər iki ölkənin xalqları arasında xoş, mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb: "Biz bunu tez-tez qardaşlıq münasibətləri adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Bu işdə sizin də payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Mən çox ümid edirəm ki, bundan sonra həyatınızın növbəti mərhələsində harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq".

Lukaşenko Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında gərginləşən münaqişədən narahatlıq keçirdiyini söyləyib: "Əsasən Azərbaycanın və sizin prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, sülhə gedən yol yeni başlayıb".

Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafından danışan Aleksandr Lukaşenko, Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu qeyd edib. O, Belarusa karbohidrogen xammalı tədarükünə görə Azərbaycan tərəfinə təşəkkür etdi.

Belarus Prezidenti ilə görüşdən sonra Lətif Qəndilov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin möhkəm təmələ sahib olduğunu, ölkələrin hər zaman irəliyə baxdıqlarını və özləri üçün vacib hədəflər qoyduqlarını bəyan edib: "Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri həyata keçirə bildik. Bizim həll olunmamış məsələlərimiz, həll olunmamış problemlərimiz yoxdur. Belarus bizim üçün qardaş dövlətdir. Bu dövlətin nüfuzu çox yüksəkdir. Həmişə sizinlə olmuşuq və olacağıq".

8
Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev AKP sədrinin birinci müavinini qəbul edib

0
Görüşdə ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulanıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

0