Hülusi Akara

Türk Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi bəlli oldu

24
(Yenilənib 16:04 05.08.2015)
Yaşı və xəstəliyi səbəbilə təqaüdə ayrılan Necdet Özel öz yerini Hülusi Akara təslim edib.

BAKI, 5 avqust – Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Yüksək hərbi şurası dünən toplantı keçirib. Əldə edilən məlumata görə, yeni Baş Qərargah rəisi vəzifəsinə quru qoşunları komandanı Hülusi Akar gətirilib. Vəzifəsini Akara təhvil-təslim edən Necdet Özel isə yaşı və xəstəliyi səbəbilə təqaüdə gedib.

Bəzi ordu qurumlarında da vəzifə dəyişikliyi edilib. Hava qoşunları komandanı general Akın Öztürk Yüksək hərbi şuraya üzv seçildiyi üçün onun yerinə general Abidin Ünal gətirilib. 

Baş Qərargah ikinci rəisi general Yaşar Gülərin isə vəzifəsinə davam edəcəyi öyrənilib. 

Təqaüdə çıxan Jandarma qüvvələrinin komandanı Abdullah Atayın əvəzinə Ege bölgəsi ordu komandanı Qalib Mendi gətirilib.

Dəniz Qüvvələri Komandanı Bülent Bostanoğlunun vəzifə müddətinin bir il uzadıldığı qeyd olunub.

24
Teqlər:
Türkiyə Silahlı Qüvvələri, Hülusi Akara, Necdet Özel
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

2
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

2
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

7
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

7