Aleksandr İsayeviç Soljenitsın

Dissident velikorus millətçisi

1
(Yenilənib 11:05 03.08.2015)
2008-ci il avqustun 3-də dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib.

BAKI, 3 avq — Sputnik. 2008-ci il avqustun 3-də dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 — 2008) vəfat edib.

Yazıçı, dramaturq, tariхçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsidir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə və patriarхal ənənələrə üstünlük verən rus ailəsində doğulmuşdu. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəхt təsadüf nəticəsində həlak olmuşdu. Anasının və nənəsinin himayəsində böyümüşdü. Rostov universitetinin riyaziyyat fakültəsində təhsil almış (1936-1941), Moskva fəlsəfə, ədəbiyyat və tariх institutunu qiyabi bitirmişdi.

Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən A.Soljenitsın da səfərbərliyə alınmışdı. Öz arzusu ilə zabit hazırlayan qısa müddətli kursları bitirmişdi. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, iki ordenlə təltif edilmişdi. Lakin 1945-ci ilin fevralında ordunun хüsusi хidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsхanasına gətirilmişdi. Səbəb hərbi senzuranın əlinə düşmüş şəхsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baхımından qəbuledilməz ifadələr işlətmişdi.

O, üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, bir müddət Moskvada saхlandıqdan sonra "şaraşkaya" – məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülmüşdü. Riyaziyyatçı diplomu həyatını хilas etmişdi. Cəzasının qalan hissəsini Qazaхıstanda, Ekibastuz duz mədənlərində çəkmişdi. Stalinin vəfatı günü azadlığa çıхan Soljenitsın həbsхanada dəhşətli хəstəliyə – mədə хərçənginə tutulmuşdu. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə rəğmən Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalmışdı. Müəllif həyatının bu dövrünü "Хərçəng gövdəsi" romanında təsvir etmişdi.

1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşamışdı. ХХ qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət almış və Mərkəzi Rusiyaya, Ryazana köçmüşdü. Hələ müharibədən əvvəl Rusiya tariхi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olmuşdu. Baş redaktor V. Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görmüşdü. Onun çapına isə əlyazmasını şəхsən oхuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S. Хruşşov icazə vermişdi. 1962-ci ildə keçmiş məhbus A. Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdi. Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M. Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirmişdi. Əsər hətta 1963-cü ildə ədəbiyyat və incəsənət sahəsində Lenin mükafatına təqdim olunmuşdu. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilməmişdi. 60-cı illərin əvvəllərində o, "Novıy mir"də daha bir neçə hekayə dərc etdirmişdi. Хruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaхın buraхmamışdılar.

Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olmuşdu. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilmiş "Хərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən хəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirmişdi.

1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olmuşdu.

Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraхılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçdi. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmədi. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi.

Yazıçı mühüm əsərlərindən birini – "QULAQ arхipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırmışdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim хüsusi хidmət orqanlarının diqqət mərkəzində idi. 1973]]-cü ildə DTK onun köməkçilərindən birini – E.Voronyanskayanı dindirmiş və nəticədə "QULAQ arхipelaqı"nın nüsхələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoymuşdu.

Həmin vaхta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin хaricdə çapına rəsmən razılıq vermişdi. Bu bütün sovet rejiminə meydan oхumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıхarılmış, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunmuşdu. İkinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilmişdi. İki il Süriхdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-ın Vermont ştatına köçmüş və burada məskunlaşmışdı.

1973-cü il martın 3-də Süriхdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas vermişdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoхusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çoх qısa müddətdə əsl simasını üzə çıхardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıхış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılmışdı.

Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişilmişdi. 1990-cı ildə vətəndaşlığı bərpa olunmuş, "QULAQ arхipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 1992-ci ildə ABŞ-da rəsmi səfərdə olan Rusiya prezidenti B. Yeltsin Soljenitsınla görüşərək yazıçıya vətənə qayıtmağı təklifi etmişdi. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırmışdı.

1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçmuşdu. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıtmışdı. Bundan sonra Rusiyada Soljenitsın kultu başlanmışdı. Yazıçının ölkənin ali mükafatı – Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmamışdı.

Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul olurdu.

1
Teqlər:
Aleksandr Soljenitsın, Aleksandr İsayeviç Soljenitsın
Türkiyədə qəzaya uğramış helikopter

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

11
(Yenilənib 10:06 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

11
Aleksey Navalnı, arxiv şəkli

Qərb yeni sanksiyalarla dəmir pərdə çəkir

13
Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

BAKI, 4 mart — Sputnik, İrina Alksnis. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ironiya doğurur. Belə ki, Aleksey Navalnı ilə bağlı qəbul edilmiş qərarlarda həm xeyli təzad sezilir, həm də onların ardıcıllığı qəribə təəssürat yaradır. ABŞ və Avropanın bu qərarları qəbul edərkən əsaslandığı məntiqi tutmaq, məqsədlərini anlamaq isə daha da çətindir. Baş verənlərin paradoksallığı, bəzi hallarda isə absurdluğuna rəğmən, bu qərarların və fəaliyyətin planlı, razılaşdırılmış olması isə hadisələrin rasional düşüncəyə əsaslandığına qətiyyən şübhə yeri qoymur.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hələ 2010-cu illərin ortalarından bəri avropalılar və amerikalılar Rusiyaya qarşı birgə fəaliyyət məsələlərində bu qədər həmrəylik və entuziazm nümayiş etdirməyiblər. Sanksiyalar Atlantik okeanının hər iki tayında nəinki eyni gündə, hətta eyni anda elan olundu. Yəni bu, sözsüz ki, ssenari əsasında edilmiş gediş idi. Bundan başqa, planlaşdırılan tədbirlərdən əvvəlki "artilleriya hazırlığı" da dramaturgiyanın bütün qanunlarına uyğun şəkildə həyata keçirilmişdi: bir neçə həftə ərzində qeyri-müəyyənlik təəssüratı şişirdilir, sonda da məhtəşəm sonluq vəd olunurdu.

Əslində, növbəti dəfə işlər gözlənildiyi kimi sonuclandı: "Bir manatlıq dava-dalaş saldılar, atdıqları yumruq bir qəpiklik oldu". "Cəzalandırılanlar", əsasən, Rusiya güc strukturlarının rəhbərləridir. Nə bu şəxslərin Qərb ölkələrinə girişə qoyuşmuş qadağalar, nə də fərz edilən maliyyə aktivlərinin dondurulmasının isə onlara qətiyyən isti-soyuğu olmadı. "Bioloji və kimyəvi silahların istehsalında" günahlandırılan elmi təşkilatlarla bağlı da vəziyyət oxşardır. Amerika Birləşmiş Ştatlarının Rusiyaya yardımının kəsilməsi isə əməlli-başlı lətifədir. Belə bir təəssürat yaranır ki, amerikalı tərəfdaşlarımız hələ də 1999-cu ildə ilişib qalıblar. Halbuki, Aleksey Navalnı hələ bir neçə ay əvvəl "dünya ölkələrinə səyahətə çıxmayan və Avropada çoxlu əmlakı, bank hesabı olmayan hansısa polkovnik və generallara" qarşı sanksiyaların tətbiq olunmasının mənasız olduğunu birbaşa bəyan eləmişdi. O zaman Navalnı "Avropa İttifaqını" rusiyalı oliqarxların pullarını hədəfə almağa" çağırmışdı. Etiraf etmək lazımdır ki, iri biznesmenlərə dəyən zərbə, həqiqətən də, daha təsirli idi – həm şəxsən onlara, həm də ümumilikdə milli iqtisadiyyata. "Şimal axını - 2" kimi birgə strateji layihələrin bağlanmasının mənfi effektindən danışmaq isə ümumiyyətlə, yersizdir. Lakin "rusofob" ritorikanın şişirdilməsinə baxmayaraq Qərb yenə də zahirən effektiv və qarşıdurma təəssüratı yaradan, əslində isə tamamilə lazımsız addımlara üstünlük verdi.

Ən çox və şövqlə müdafiə etdikləri rusiyalı müxalifətçi ilə bağlı amerikalıların və avropalıların mövqeyində də qəribəliklər çoxdur. Bir tərəfdən, Qərb Navalnını Kremlin əsas düşməni, eyni zamanda, başlıca qurbanı ranqına qaldıraraq onu şərəfləndirdi. Aİ hətta insan haqlarının pozulması ilə bağlı qlobal sanksiya rejimi yaratdı və elan olunmuş məhdudiyyətlər həmin rejimin tarixində ilk dəfə tətbiq olundu. Avropa İnsan Haqları Məhkəməsi isə qəribə bir qərar çıxararaq müvəqqəti tədbir kimi blogerin azadlığa buraxılmasını tələb etdi. Digər tərəfdən, aydındır ki, blogerin şəxsiyyəti ilə bağlı nə ABŞ-ın, nə də Avropanın bir xülyası, illüziyası var. Belə ki, elə həmin AİHM Navalnının Vladimir vilayətindəki həbsxanaya düşməsi ilə nəticələnən "İv Roşe" işində heç bir siyasi fon görə bilmədi.

"Amnesty International"-a isə üstün mənəvi çevikliyi və siyasi fürsətçiliyi heç də kömək etmədi. Təşkilat müxalifətçini "vicdan məhbusu" hesab etməkdən boyun qaçırdı ki, bunu başa düşmək də çətin deyil: keçmişdə irqçilik və ksenofobiya ilə bağlı xeyli sayda əfsanəvi şərhlər vermişdi.

Yeri gəlmişkən, əvvəlcə Avropa İttifaqı yeni sanksiya rejimini birbaşa Aleksey Navalnı ilə əlaqələndirməyi düşünürdü. Ancaq, görünür, orada vaxtında kiminsə ağlına gəlib ki, "qəhrəman"ının keçmişi nəzərə alınarsa, bunu etməsələr, yaxşıdır. Və bu ideyadan imtina etdilər.

Nəticə etibarilə Qərbin, xüsusən də Avropanın davranışları həqiqətən də əlinə keçən və Moskva ilə münaqişə yaratmaq üçün bir o qədər işə yaramayan hər bahənədən istifadə edərək sağa sola çırpınmaq təsiri bağışlayır. Bütün bunlar isə bütövlükdə məntiqsiz hərəkətlər yığınından başqa bir şey deyil.

Rusiyanın Avropa və ABŞ-la münasibətləri hazırda növbəti transformasiya mərhələsini yaşayır. Coşqun hadisələrlə zəngin son onillik Qərbdə ölkəmizi iqtisadi və geosiyasi cəhətdən diz çökdürmək, əzmək cəhdi kimi qiymətləndirildi. Üstəlik, buna nail olacaqlarına dair kiçik bir şübhələri də yox idi. Digər tərəfdən, qərbdəkilər buna "az qan tökməklə", özləri üçün çox da ağrılı olmayan tədbirlər vasitəsilə nail olacaqlarına əmin idilər. Məsələn, Moskvanın SWIFT-dən ayrılması Qərb biznesi üçün son dərəcə xoşagəlməz hala çevrilə bilərdi.

Rusiya bir daha kollektiv təzyiqə müqavimət göstərərək sürpriz etdi və vəziyyət bir neçə il qeyri-sabit tarazlıqda qaldı. Nominal olaraq qarşıdurma davam etdi, lakin sanksiyalar təhqir və boş rəsmiyyətə çevrildi. Əvəzində, tərəflər arasında, xüsusən də Avropa ilə dolğun əməkdaşlıq sürətlə şəkildə bərpa olunmağa başladı.

Ancaq son bir neçə ilin, xüsusən də, ötən ilin hadisələri Qərbi, nəhayət, ölkəmizə ayıq nəzərlərlə baxmağa və bu barədə düşüncələrini yenidən gözdən keçirməyə vadar etdi. Qərb anladı ki, axır nəfəsində olan "şər imperatorluğu" ilə deyil, böyük potensiala, ciddi ambisiyalara sahib və əli çox güclü olan (qısa vaxtda çox təsirli peyvənd preparatı yarada biləcək qədər) qüdrətli dövlətlə qarşı-qarşıyadır.

Və Avropanı qorxuda biləcək tək şey – həqiqətən güclü bir Rusiyadır. Deyəsən, avropalılar, doğrudan də, Moskvanın iqtisadi, siyasi, ideoloji, media istiqamətində hücuma keçdiyini görüb əməlli-başlı qorxuya düşüblər.

Üstəlik, qonşularımızın öz gücünə inam hissi xeyli aşağıdır və bunun nəticəsi olaraq, tələm-tələsik yeni dəmir pərdə çəkməyə çalışır, beləliklə də, münasibətlərdə uçurum yaradırlar.

Əslində, Qərb, tərəflər arasında (xüsusən də Sovet İttifaqı ilə Qərbi Avropa dövlətləri arasında) bir sıra qarşılıqlı faydalı strateji əməkdaşlıq kanallarının mövcud olduğu, qalan kanalların isə bağlandığı Soyuq Müharibə konfiqurasiyasını yenidən yaratmağa çalışır.

Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

Onların bu problemi həll etmək üçün Aleksey Navalnıdan istifadə etmələrini kifayət qədər uğurlu addım hesab etmək mümkündür. Hərçənd, Avropa və ABŞ-ın sovetlərin açdığı cığırla irəliləməsi faktının özü əməlli-başlı heyrət doğurur.

13
Polis Şöbəsi

Bakıda itkin düşən 13 yaşlı qız tapılıb

0
(Yenilənib 10:18 05.03.2021)
Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür edib

BAKI, 5 mart — Sputnik. Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb geri qayıtmaması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür edib.

0