Mullah Ahtar

Taliban yeni liderini seçib

96
(Yenilənib 18:05 30.07.2015)
Əfqan Taliban Şurası Mullah Ahtarın yeni lider olduğunu bəyan edib.

BAKI, 30 iyul – Sputnik. Əfqanıstandakı Taliban hərəkatı özünə yeni lider seçib. Təşkilatın ikinci rəhbəri kimi tanınan Mullah Ahtar yeni rəhbər təyin olunub.

Əvvəlki lider Molla Ömərin ölümünün açıqlanmasından sonra Əfqan Taliban Şurası Molla Ahtarın yeni lider olduğunu bəyan edib.

Əfqanıstan kəşfiyyatı, dünən Taliban lideri Molla Ömərin 2013-ci ildə Pakistanda öldüyünü açıqlamışdı.

96