Türkiyə parlamentinin fövqəladə iclası çağırılıb

63
(Yenilənib 11:25 29.07.2015)
Türkiyənin müdafiə naziri Vecdi Könül parlamentariləri son günlər baş verən terror və antiterror əməliyyatları barədə məlumatlandıracaq.

BAKI, 29 iyul-Sputnik. Türkiyə Böyük Millət Məclisi (TBMM) fövqəladə toplantı keçirəcək. 

Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, TBMM ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) təklifi ilə bu gün saat 15.00-da (Türkiyə vaxtı ilə) toplanacaq. Parlamentdə son terror hadisələri və antiterror əməliyyatları ilə bağlı millət vəkilləri geniş məlumatlandırılacaq.

Türkiyənin müdafiə naziri Vecdi Könül parlamentariləri son olaylar barəsində məlumatlandıracaq və onların suallarını cavablandıracaq.

Belə bir fövqəladə toplantı sonuncu dəfə 2014-cü ilin avqustunda prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi zamanı keçirilib.

 

63
Teqlər:
CHP, TBMM, Türkiyə parlamenti, Türkiyə Böyük Millət Məclisi, Vecdi Könül, Türkiyə
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)