PKK terror

PKK daha bir türk hərbçisini öldürüb

103
(Yenilənib 18:05 28.07.2015)
Hadisə yerli vaxtla saat 11:30-da Şəmdinli qəsəbəsindəki bank şöbəsinin qarşısında baş verib.

BAKI, 28 iyul – Sputnik. Türkiyənin Hakkari vilayətinin Şəmdinli qəsəbəsində qulluq edən hərbçi, çavuş Ziya Sarpkaya, PKK terrorçularının silahlı hücumuna məruz qalaraq dünyasını dəyişib. Hadisə yerli vaxtla saat 11:30-da bank şöbəsinin qarşısında baş verib. 

Öz işlərini həll etmək üçün sivil formada banka yaxınlaşan çavuş Ziya Sarpkayaya arxadan 3 dəfə atəş açılıb. Ağır yaralı vəziyyətdə Şəmdinli Dövlət xəstəxanasına çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da yazılı açıqlama verib: “İnsanlıqdan nəsibini almamış, gözü dönmüş qatillər tərəfindən işlənən bu vəhşi cinayəti şiddətlə qınayır, şəhidimizə Allahdan rəhmət, ailəsinə də səbrlər diləyirik”

Cinayətkarların tapılması üçün ərazidə geniş əməliyyat başladılıb. 


103
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)