Ebu Hanzala

“İstanbul əmiri” barəsində həbs qətimkan tədbiri seçildi

70
(Yenilənib 16:41 28.07.2015)
Türkiyədə saxlanılan İŞİD-in ölkə üzrə rəsmilərindən olan azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib.

BAKI, 28 iyul — Sputnik. Türkiyədə saxlanılan İŞİD-in ölkə üzrə rəsmilərindən olan azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən həftənin sonunda İstanbulda həyata keçirilən antiterror əməliyyatları nəticəsində saxlanılan şəxslər arasında özünü İŞİD-in “İstanbul əmiri” kimi qələmə verən Abdulla Abdullayev də var.

Bu saxlanılanlar zamanı İŞİD-in İstanbul üzrə sorumlularından olan Halis Bayancuk da həbs olunub.

Bu şəxs “Ebu Hanzala” kod adı ilə tanınıb.

70
Teqlər:
İstanbul əmiri, İŞİD, Abdulla Abdullayev, Halis Bayancuk, Ebu Hanzala, Türkiyə