Türkiyə ABŞ Suriyanın şimalında təhlükəsiz bölgə yaradacaq

42
(Yenilənib 17:48 27.07.2015)
Fırat çayından Hələb şəhərinə qədər olan 150 km-lik ərazidə türk və amerikan qoşunları yerləşdiriləcək.

BAKI, 27 iyul – Sputnik. Türkiyə və ABŞ Suriyanın şimalında TAMPON (təhlükəsiz) bölgə yaradacaqları ilə bağlı xəbər yayıb. 

Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Post qəzeti xəbər verib. Qəzetin iddiasına görə, Suriyanın şimal əraziləri İŞİD terrorçularından təmizlənəcək, Fırat çayından Hələb şəhərinə qədər olan 150 km-lik ərazidə türk və amerikan qoşunları yerləşdiriləcək. 

Xəbərə görə məqsəd, sivil Suriya vətəndaşlarını qorumaq və Türkiyənin cənub sərhəddində təhlükəsizliyi bərpa etməkdir.

42