Afghan policemen stand guard at the site of a suicide attack in Kabul

Toyda dava düşdü, 20 nəfər öldü

282
(Yenilənib 11:05 27.07.2015)
Əfqanıstanda toyda düşən dava faciə ilə nəticələnib.

BAKI, 27 iyul — Sputnik. Əfqanıstanda toyda düşən dava faciə ilə nəticələnib.

APA-nın verdiyi məlumata görə, insident Əfqanıstanın Bağlan əyalətinin Dehsalah bölgəsində iyulun 27-nə keçən gecə baş verib.

Bölgənin polis rəisinin sözlərinə görə, toy mərasimində silahlı şəxslər arasında atışma baş verib. Nəticədə 20 nəfər ölüb, 10 nəfər yaralanıb.

Polis rəisi bildirib ki, hadisənin bütün iştirakçıları mülkü şəxsdir. Digər təfərrüatlar açıqlanmır.

Münaqişənin səbəblərinin aydınlaşdırılması üçün araşdırmalara başlanıb. 

282