ABŞ-ın Pakistandakı səfirliyi

Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb

4
(Yenilənib 10:56 27.07.2015)
Sputnik-in məlumatına görə, İqbal Baiqin meyiti paytaxt İslamabaddakı evində tapılıb.

BAKI, 27 iyul — Sputnik. ABŞ-ın Pakistandakı səfirliyinin əməkdaşı öldürülüb.

Sputnik-in məlumatına görə, İqbal Baiqin meyiti paytaxt İslamabaddakı evində tapılıb.

Səfirlikdən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Qətlin motivi də hələlik bəlli deyil.

Məlumdur ki, Baiq ismaililər dini icmasına mənsub olub.

4
Teqlər:
İqbal Baiq, İslamabad, Pakistan