Obama Keniyada qohumları ilə görüşəcək

11
(Yenilənib 12:58 23.07.2015)
Dövlət başçısının afrikalı qohumları dəfələrlə Ağ ev rəhbəri ilə görüşmək niyyətində olduqlarını bildirmişdilər.

BAKI, 23 iyul – Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama Afrikaya işgüzar səfərə hazırlaşır. Prezident kimi Keniyaya ilk səfərində Obama, qohumlarına da baş çəkəcək. 

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysın sözlərinə görə, prezident ailə iqamətgahına getməyi planlaşdırmır, sadəcə, Keniyaya səfəri zamanı rəsmi tədbirlərin birində qohumları ilə bir araya gələcək. 

Dövlət başçısının afrikalı qohumları dəfələrlə Ağ ev rəhbəri ilə görüşmək niyyətində olduqlarını bildirmişdilər.

11
Teqlər:
Obama Keniya səfəri, Barak Obama Keniya, Barak Obama, Keniya