Ukraynanın bayrağı

Kiyevin başı üzərindən Ukrayna danışıqları

20
(Yenilənib 16:53 22.07.2015)
ABŞ və Rusiya Ukrayna münaqişəsinin həlli istiqamətində gizli dialoqu aktivləşdiriblər.

BAKI, 22 iyul — Sputnik. ABŞ və Rusiya Ukrayna münaqişəsinin həlli istiqamətində gizli dialoqu aktivləşdiriblər. 

Sputnik ABŞ-ın Stratfor Qlobal Analitik Mərkəzinin hazırladığı hesabata  istinadən xəbər verir ki, ABŞ-la Rusiya arasında Ukrayna probleminin həlli istiqamətində dialoq aktivləşsə də, rəsmi Kiyev danışıqlardan kənardadır və prosesə heç cür müdaxilə edə bilmir. 

Stratfor qeyd edir ki, münaqişənin həlli üçün bir neçə format mövcuddur və bu formatların heç birində ABŞ iştirak etmir.

ABŞ Ukrayna probleminin həlli ilə bağlı aparılan dialoqda iştirak etməsə belə iyun və iyul aylarında Moskva ilə  məsələnin həlli istiqmaətində birbaşa dialoqu aktivləşdirib. Belə ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Rusiya XİN müavini Qriqori Karasınlə bir neçə dəfə telefon danışığı və görüşü  olub.

Stratforun hesabatında o da qeyd olunur ki, prezident Vladimir Putinin administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib ki,  “Karasin-Nuland” Rusiya-Amerika kanalı Ukrayna  böhranının nizamlanması istiqamətində ayrıca ikitərəfli format rolunu oynayacaq. 

Qeyd edək ki, Stratfor 1996-cı ildə yaranıb və əsas fəaliyyəti dünyada baş verən hadislərlə bağlı informasiyalar toplayaraq  iqtisadi və geosiyasi analitik  yazılar hazırlayır. Bir sıra  KİV orqanları Stratfor-u MKİ-nin “kölgəsi” hesab edirlər.

20