İŞİD bazarda partlayış törədib

İŞİD Ramazanı 100 nəfəri partlatmaqla qeyd edib

281
(Yenilənib 12:20 18.07.2015)
İraqın Bani-Saad şəhərinin mərkəzi bazarında bayram bazarlığı edənlər terrora məruz qalıblar.

BAKI, 18 iyul — Sputnik.  İraqın şərqindəki Bani-Saad şəhərinin mərkəzi bazarında törədilmiş partlayış nəticəsində azı 100 nəfər ölüb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, ötən gün Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.   


281