Avtobus qəzası

Türkiyədə ağır yol qəzası, 6 nəfər dünyasını dəyişdi

17
(Yenilənib 11:02 15.07.2015)
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

BAKI, 15 iyul – Sputnik. Bu gecə Türkiyədə ağır yol qəzası baş verib. Sputnik türk mediasına istinadən xəbər verir ki, Bolu vilayətindən İstanbula doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və nəticədə avtobus aşıb. Bu ərəfədə qarşıdan gələn avtobus da qəzadan öz nəsibini alıb və aşmaqda olan avtobusla toqquşub. 

İlkin məlumatlara görə, 6 nəfər dünyasını dəyişib, onlarla yaralı var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

17
Teqlər:
ölənlər və yaralılar, Boluda qəza, Avtobus qəzası, Bolu vilayəti, Türkiyə
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən 20 Yanvarla bağlı paylaşım

8
(Yenilənib 15:39 20.01.2021)
"20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

BAKI, 20 yanvar — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Twitter"-də paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bildirilir: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq".

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz hesabında 20 Yanvarla bağlı paylaşım etmişdi: "20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!".

8
Koronavirus xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 165 mini keçdi

13
(Yenilənib 12:50 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 165221-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 309 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3016-ya çatıb. Xəstəlikdən sağalanların sayı 153857 nəfər olub. Hazırda bu ölkədə 7607 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

0
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0