Culian Assanj

Fransa Culian Assanja sığınacaq verməyəcək

33
(Yenilənib 17:53 03.07.2015)
Culian Assanj sığınacaq almaq üçün Fransa prezidenti Fransua Ollanda müraciət etmişdi.

BAKI, 3 iyul – Sputnik. Fransa hökuməti "WikiLeaks" internet saytının yaradıcısı Culian Assanja sığınacaq verməkdən imtina edib.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa prezidentinin sarayından məlumat verilib.

Bəyanatda vurğulanır ki, Assanjın kimliyi və fəaliyyəti ilə bağlı aparılan  araşdırılmalar göstərir ki, Fransa bu məsuliyyəti öz üzərinə götürə bilməz.

"Assanjın həyatı üçün elə də ciddi təhlükə yoxdur. Həmçinin onun həbsinə dair order verilib" deyə bəyanatda qeyd olunur. 

Culian Assanj sığınacaq almaq üçün Fransa prezidenti Fransua Ollanda müraciət etmişdi.  

33