Британская вещательная корпорация BBC

BBC yüzlərlə əməkdaşını ixtisar edəcək

159
(Yenilənib 18:13 02.07.2015)
İxtisarlara səbəb Britaniyada televiziya siqnalının qəbuluna görə ödənişlərin 2016-cı ilə qədər dondurulmasının BBC büdcəsinə birbaşa təsir göstərməsidir.

BAKI, 2 iyun — Sputnik. Böyük Britaniyanın yayım şirkəti BBC xərclərin azaldılması proqramı çərçivəsində ümumilikdə bir neçə yüzdən çox iş yerini ixtisar edəcək.

İxtisarla bağlı qərar bu gün verilib. İxtisar barədə açıqlamadan sonrakı bir il ərzində, 2016-cı maliyyə ilinə qədərki müddətdə işçilərdən 416 nəfər ixtisar ediləcək. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri lord Toni Holl məlumat verib.  Lord Holl kollektivlə görüşdə bildirib ki, ixtisarlar şirkətin üzləşdiyi maliyyə problemlərini həll etməyə kömək edəcək.

Onun sözlərinə görə, yeni ixtisarlar “menecmentin bütün təbəqələrini”, həmçinin şirkətin texniki və dəstək xidməti əməkdaşlarını əhatə edəcək. İxtisarlar eyni işi görən əməkdaşların fəaliyyətlərinin dayandırılmasına yönəlib və şirkətə 50 milyon funt-sterlinq gətirəcək. BBC rəhbərliyi həmçinin qeyd edib ki, bundan sonra da ixtisarlar olacaq.

Aparılacaq ixtisarların başlıca səbəbi Britaniyada televiziya siqnalının qəbuluna görə ödənişlərin 2016-cı ilə qədər dondurulmasının BBC büdcəsinə birbaşa təsir göstərməsidir. Şirkət 2017-ci ilədək 1,5 milyard funt-sterlinq məbləğində vəsaitə qənaət etməyi qarşısına məqsəd qoyub.

Böyük Britaniyada evlərində və ofislərində televizor olan hər bir fiziki və hüquqi şəxs televiziya lisenziyası əldə etməlidir. Fiziki şəxs üçün illik lisenziyanın qiyməti rəngli televizor sahibləri üçün 145,5 funt-sterlinq, ağ-qara televizor sahibləri üçün isə 49 funt sterlinq təşkil edir.

Böyük Britaniya və xaricdə 5 min olmaqla, hazırda BBC-nin ştatında 8 min jurnalist fəaliyyət göstərir.

159