Çin bayrağı

Çin Ankaranın narahatlığından narahat olub

10
(Yenilənib 21:09 01.07.2015)
Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunying deyib ki, onlar uyğurlara orucun və digər dini ayinlərin qadağan edilməsindən narahat olan Türkiyənin Çin səfirliyinə nota göndərməsindən narahat olublar.

BAKI, 1 iyun —Sputnik. Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunying, Pekin rəsmilərinin yayılan xəbərlərlə bağlı dərin narahatlıq keçirdiyini bildirib. Çin Ankara səfirliyinə göndərilən məlumatlatla bağlı Türkiyədən aydınlıq gətirməyi tələb edib.Hua bildirib ki, Çin Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamadan dərin narahatlıq duyub. 

Sputnik Anadolu agentliyinə istinadən bildirir ki, Hua Çinin Türkiyəylə olan əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb və tərəflərin mövcud əlaqələri qoruyacaqlarına ümid etdiyini bildirib. 

Türkiyə dünən Sincan Uyğur muxtar vilayətində Uyğur türklərinə oruç tutmağın və digər ibadətləri yerine yetirməyin qadağan olunduğu barədə xəbərləri kədərlə qarşıladığını açıqlamışdı.  

Nazirlikdən verilən açıqlamada Çin Xalq Respublikasının Sincan Uygur Muxtar vilayətində yaşayan Uyğur Türklərinin oruç tutmalarının və digər ibadətləri yerinə yetirmələrinin qadağan olunduğuna dair xəbərlərin ictimaiyyət arasında narahatlıq doğurduğu qeyd olunmuşdu. Və həmin xəbərlərlə bağlı narahatlıq nota şəklində Çinin Ankara səfirliyinə bildirilmişdi. 

10