Aleksis Tsipras

Yunanıstan iflas etdiyini açıqladı

32
Baş nazir Aleksis Tsipras iflasla bağlı AB və BVF-yə rəsmi məktub göndərib.

BAKI, 1 iyul – Sputnik. Yunanıstan hökuməti, Avropa Birliyi və Beynəlxalq Valyuta fondunun irəli sürdüyü şərtlər qarşısında geri addım atmağa məcbur olub. Baş nazir Aleksis Tsipras hökumətin iflas etdiyi ilə bağlı AB və BVF-yə rəsmi məktub göndərib.

Məktubda qeyd olunur: “Yunanıstan hökuməti 1.6 milyard avroluq borcu ödəyə bilmir və yeni kredit qarşılığında Avropa Birliyi və Beynəlxalq Valyuta fondunun irəli sürdüyü şərtləri qəbul edir”. 

Avropa Birliyi və Beynəlxalq Valyuta fondu Yunanıstana veriləcək maddi yardım müqabilində, ölkənin iqtisadi böhrandan çıxması üçün dövlət orqanlarında və orduda ciddi ixtisarlar edilməsini istəyir. 

AB və BVF-nin təklifini yunan millətvəkilləri “hiyləgər” adlandıraraq sərt şəkildə etiraz etmişdi. Baş nazir kreditorların təklifini xalqın dəyərləndirməsi üçün iyulun 5-nə referendum təyin etmiş, referendumda “hə” cavabı çıxacağı təqdirdə istefa verəcəyini söyləmişdi. 

Sputnikin Yunanıstandakı müxbiri Nikolas Stelya-nın hökumətə yaxın qaynaqdan əldə etdiyi məlumata görə, referendum tarixində dəyişiklik olmayacaq. 

32