Флаг Греции

Yunanıstan BVF-yə borcunu ödəməyib

8
(Yenilənib 09:59 01.07.2015)
Beynəlxalq Valyuta Fondu Yunanıstanın təyin olunmuş tarixədək 1,5 mlrd. avro borcunu ödəmədiyini təsdiqləyib.

BAKI, 1 iyul —Sputnik. Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın təyin olunmuş tarixədək 1,5 mlrd. avro borcunu ödəmədiyini təsdiqləyib.

Sputnik xəbər verir ki, Yunanıstan BVF-yə kreditini ödəyə bilməyən ilk inkişaf etmiş ölkədir.

BVF-nun nümayəndəsi Cerri Rays Yunanıstan tərəfindən ödənişin edilmədiyini, Fondun İcraiyyə Şurasını bu barədə məlumatlandırıldığını vurğulayıb. Yunanıstan borcunu ödəməyənədək BVF-nun maliyyə yardımından məhrum olacaq.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.5 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-dək vaxtı var idi.

Yunanıstan parlamenti böhranla bağlı iyulun 5-də referendumun keçirilməsi barədə qərar verib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.

8