İrəvanda aksiya

Bu gün İrəvanda növbəti aksiya keçiriləcək

32
(Yenilənib 16:57 23.06.2015)
İrəvanda bu gün Bakı vaxtı ilə saat 19.00-da "Qarətə son" şüarlı növbəti aksiya keçiriləcək.

BAKI, 23 iyun — Sputnik. İrəvanda bu gün Bakı vaxtı ilə saat 19.00-da "Qarətə son" şüarlı növbəti aksiya keçiriləcək.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Facebook-da yayılmış aksiyaya çağırışa artıq 4 min nəfər qoşulub. 

Son günlər Ermənistanda daxili vəziyyət gərginləşib. Dünən paytaxt İrəvanda qiymətlərin artmasına qarşı keçirilən etiraz aksiyasını polis amansızlıqla dağıdıb. Aksiyanın 237 iştirakçısı saxlanılıb. 25 nəfər isə xəstəxanaya müraciət edib. 


32
Mövzu:
Elektrik üsyanı (17)
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Lavrov dövlətlərin "özününkülər"ə "yadlar"a bölünməsindən gileylənib

2
“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif regionlarında silahlı münaqişələr tüğyan edir. Bunlara müasir dövrün kəskin təhdidləri əlavə olunur", - Sergey Lavrov

BAKI, 22 sentyabr — Sputnik. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri adından videomüraciətdə bildirib.

“Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif regionlarında silahlı münaqişələr tüğyan edir. Bunlara müasir dövrün kəskin təhdidləri əlavə olunur: beynəlxalq terrorizm, narkotik və kibercinayətkarlıq, iqlim dəyişikliyi. Bu il bu siyahıya daha bir qorxulu çağırış — sosial-iqtisadi və digər sahələrdə ciddi böhran doğurmuş koronavirus pandemiyası – əlavə olunub", — diplomat bildirib.

Onun sözlərinə görə, ildən-ilə qlobal problemlərə reaksiya vermək daha da çətinləşir, xüsusən də artan parçalanma şəraitində. Lavrov vurğulayıb ki, bu vəziyyət bir sıra ölkələrin digər dövlətlərin qanuni maraqları ilə hesablaşmaq istəməməsi ilə çox bağlıdır.

O qeyd edib ki, "qaydalara əsaslanan dünya nizamı" kimi konsepsiya və standartların tətbiqi işə düşür. Bu, ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinin pozulması ilə birtərəfli sanksiyaların tətbiqi, dözümsüzlük və nifrət təzahürləri ilə müşayiət olunur.

"Lakin tarixin təbii gedişini dəyişmək olmaz. Bu gün beynəlxalq aləmdə yeni iqtisadi inkişaf mərkəzləri möhkəmlənir, silahlı münaqişələrin sırf dinc vasitələrlə aradan qaldırılmasına ehtiyac güclənir, qarşılıqlı asılılıq artır. Dünya ayırıcı xətlərdən, dövlətlərin "özününkülər"ə və "yadlar"a bölünməsindən bezib, dünya hərtərəfli qarşılıqlı yardım və əməkdaşlığın genişləndirilməsini tələb edir. Başqa sözlə, 75 il əvvəl BMT-nin yaradılması zamanı ifadə edilmiş məqsədlər getdikcə daha da aktuallaşır", – nazir hesab edir.

Lavrov həmçinin tarixi yenidən nəzərdən keçirmək, faşizm üzərində Qələbəyə töhfə vermiş xalqların rolunu aşağı salmaq cəhdlərini absurd adlandırıb. O, keçmişin dərslərini xatırlamağa, azadlıq döyüşçülərinin qəhrəmanlığına ehtiramla yanaşmağa, onların şöhrətinə ucaldılmış abidələrin mühafizəsini təmin etməyə çağırıb.

Rusiya XİN başçısının sözlərinə görə, müasir şəraitdə BMT öz nizamnaməsinə ciddi uyğun şəkildə ahəngdar iş aparan effektiv bir qurum olaraq qalmalıdır, BMT sisteminin əsas orqanlarının mandatlarının silinməsinə və onların səlahiyyətlərinin təkrar edilməsinə yol verilməməlidir.

Lavrov qeyd edib ki, münaqişələrin beynəlxalq hüquq normaları əsasında danışıqlar çərçivəsində sırf dinc, diplomatik vasitələrlə həlli dünya birliyinin əsas vəzifələrindən biri, terrorçuluğa və onun mütəşəkkil cinayətkarlıqla birləşməsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi isə qeyd-şərtsiz prioriteti olmalıdır.

Nazir, həmçinin, qlobal sabitliyi qorumaq üçün silahlara nəzarət, tərksilah və silahların yayılmama sistemini zəiflətməyə yönəlmiş cəhdlərə qarşı durmağa çağırıb.

2
Teqlər:
Rusiya, videomüraciət, BMT Baş Assambleyası, BMT, Sergey Lavrov
Əlaqədar
İlham Əliyev: BMT-ni Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı
Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək
Rusiyadan Türkiyəyə gözlənilməz dəstək: "Narahatıq, vasitəçiliyə hazırıq"
Lavrov etiraf etdi – Azərbaycan və Ermənistan sənədlər üzərində işləyiblər
Yada sal məni filminin çəkilişi, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib

20
(Yenilənib 15:35 22.09.2020)
Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Rejissor Masər Həsənovun "Yada sal məni" filmi İngiltərənin Veksxem (Wexham) şəhərində keçirilən, 3 turdan ibarət olan "First-Time Filmmaker Sessions" film festivalının ilk turunu uğurla keçib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissor bildirir ki, növbəti tur oktyabrın ilk yarısında məlum olacaq:

"Bu film operator Qalib Bağırovla mənim diplom işimiz idi. Film Natiq Rəsulzadənin "Lal" əsərinin motivləri əsasında çəkilib. Həyat yoldaşını itirən baş qəhrəmanımız (Elşən Rüstəmov) özünə qapanıb. Həyatı monoton keçir. Hər şey gecə bir xanımın gəlişi ilə dəyişir".

Filmdə Akademik Milli Dram Teatrının aktyoru Elşən Rüstəmov və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli rol alıb.

20
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Oğurlanan Yevlax sakini xəstəxanada ölüb

0
(Yenilənib 16:10 22.09.2020)
R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb

BAKI, 22 sentyabr — Sputnik. Yevlax şəhərində yaşayan C.Xəlilovu döyərək zorla saxlamaqda, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaqda şübhəli bilinən X.Balayev və R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 11-də Yevlax şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunan R.Ramazanov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş "İJ-58" markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

0
Teqlər:
ov tüfəngi, döyülmə, insan oğurluğu, Yevlax
Əlaqədar
Qubada ot tayalarını yandıraraq kəndlilərə ziyan vuran şəxslər müəyyən edilib
Silahlı şəxslərə qarşı əməliyyat keçirildi
Neftçalada qızın qeyri-etik şəkillərini yayan şəxs həbs edilib
Azərbaycanlı müğənni Vilayət Eyvazova müraciət etdi: Məni döyüblər
Doqquz il əvvəl törədilmiş cinayətin üstü açıldı - Zaqatalada