ABŞ-ın Qahirədəki səfirliyi

Misirdə ABŞ səfirliyinin əməkdaşı həbs edildi

8
(Yenilənib 12:25 10.06.2015)
Misir polisi ABŞ-ın Qahirədəki səfirliyində işləyən bir nəfər ölkə vətəndaşını həbs edib.

BAKI, 10 iyun – Sputnik. Misir polisi ABŞ-ın Qahirədəki səfirliyində işləyən bir nəfər ölkə vətəndaşını həbs edib.

Misir mətbuatının yazdığına görə, həbs edilən şəxs terroçuluqda şübhəli bilinir.

Səfirlik əməkdaşının saxlanılması məlumatını ABŞ diplomatik nümayəndəliyi də təsdiq edib. Bununla yanaşı səfirlik onun haqqında şəxsi məlumatlar verməkdən imtina edib.

Həbs edilən 42 yaşlı Əhməd Əli, səfirliyin təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb. Misirin Dövlət Təhlükəsizlik Prokurorluğu Əhməd Əlini "Heluan briqadası" terror qruplaşmasının fəaliyyəti ilə əlaqədə ittiham edərək, onun qrupu idarə etməklə yanaşı Qahirə ətrafında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücuma bilavasitə qatıldığını bəyan edib.


8
Teqlər:
Heluan briqadası, Əhməd Əli, Qahirə, Misir
Роберт Кочарян

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

16
(Yenilənib 06:41 05.12.2020)
Köçəryanın sözlərinə görə, bütün uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

BAKI, 5 dekabr - Sputnik. “Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”.

APA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib.

“Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”, - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

“Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək – 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək – bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?” - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

“Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir”.

16
Teqlər:
baş nazir Nikol Paşinyan, erməni təxribatı, Tovuz, Ermənistan, Robert Köçəryan
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

25
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

25
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

0
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0