Tarakan

Tarakanlar Ərdoğanı yeni iqamətgah tikməyə məcbur ediblər

134
(Yenilənib 19:45 07.06.2015)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çankaya köşkündəki tarakanlar onu özü üçün yeni iqamətgah tikdirməyə məcbur ediblər.

BAKI, 7 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çankaya köşkündəki tarakanlar onu özü üçün yeni iqamətgah tikdirməyə məcbur ediblər.

"Çankaya köşkünə gələn qonaq orada tarakan görə bilərdi. Ona görə biz yeni iqamətgah tikdik", deyə o qeyd edib.

Prezident yeni iqamətgahdakı cah-cəlalı maraqlı formada izah edib. Onun sözlərinə görə, Cümhurbaşkanlığı sarayı yeni qüdrətli Türkiyənin simvolu olduğu üçün bu cür addımlar zəruridir. 

"Buna çəkilən xərclər israf sayıla bilməz", deyə o bildirib.

2014-cü ilin oktyabrında Ərdoğan əvvəlki prezidenləri iqamətgahı olmuş Çankaya köşkündən yeni Cümhurbaşkanlığı sarayına köçüb. Çankaya köşkü hazırda Türkiyə hökumətinin iqamətgahıdır.

Yeni Cümhurbaşkanlığı sarayının tikintisinə 615 milyon dollar xərc çəkilib. 

134
Teqlər:
dollar, israf, tarakanlar, hökumət, xərc, iqamətgah, qonaq, prezident, Cümhurbaşkanlığı sarayının tikintisi, Rəcəb Tayyib Ərdoğan, Cümhurbaşkanlığı sarayı, Türkiyə, Çankaya köşkü
Əlaqədar
Ərdoğan: Diktator olsam, sən məni söyən anda işini bitirərəm
Ərdoğan: Bunlara beş qoyun versəz, onu da itirərlər
Ərdoğan baş redaktoru məhkəməyə verdi
Ərdoğan: azərbaycanlı qardaşlarımıza xəyanət edirlər
Ərdoğan üçün bəstələnən mahnıya qadağa qoyuldu
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

2
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

2
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

7
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

7