Suriya türkmanları Türkiyəyə buraxılmırlar

12
(Yenilənib 14:22 05.06.2015)
İŞİD-in hücumundan Türkiyəyə qaçan 15 min suriyalı türkmanın 5 mini artıq Türkiyə sərhədinə çatıb.

BAKI, 5 iyun — Sputnik. İŞİD terror təşkilatının hücumundan Türkiyəyə qaçan 15 min suriyalı türkmanın 5 mini artıq Türkiyə sərhədinə çatıb. 

Sputnik-in Habertürk-ə istinadən verdiyi məlumata görə, sərhədə çatmış türkmanlar hələlik Türkiyəyə buraxılmırlar. Türkmanlar Türkiyə tərəfinin onlarla maraqlanmadığından şikayətlənirlər.

Sərhəd məntəqəsindəki zabitlərdən biri isə Habertürk-ə türkmanları ölkəyə buraxmaq üçün bölgə valisindən rəsmi göstərişin olmasının vacibiyini bildirib. 

12
Əlaqədar
İŞİD Türkiyə sərhədinə raket atdı
15 min türkman Türkiyə sərhədinə doğru irəliləyir
İŞİD Türkiyə sərhədində