Patriotic Act

ABŞ terrorla mübarizədə zəifləyə bilər

12
Amerika Birləşmiş Ştatlarında terrorla mübarizə çərçivəsində kəşfiyyat qurumlarına geniş səlahiyyət verən “Patriot Act” adlı qanunun qüvvədə olma müddəti başa çatıb.

BAKI, 1 iyun – Sputnik. Amerika Birləşmiş Ştatlarında terrorla mübarizə çərçivəsində kəşfiyyat qurumlarına geniş səlahiyyət verən “Patriot Act” adlı qanunun qüvvədə olma müddəti başa çatıb. 

11 sentyabr hadisələrindən sonra qüvvəyə minən və prezident Barak Obama tərəfindən 2011-ci ildə müddəti uzadılan qanun dünən yenidən Konqresin gündəminə gəlib. 

Senatorlar mövcud qanunun yerinə keçəcək "Freedom Act 'adlı layihəni müzakirə ediblər. Lakin Respublikaçı Partiyanın qarşı çıxması səbəbiylə səsvermə iyunun 3-nə təyin edilib.

Əgər yeni layihə qəbul edilərsə, ABŞ Milli təhlükəsizlik agentliyi ölkə daxili və xaricində şübhəlilərə aid telefon və e-mailləri izləyə bilməyəcək.


12
Teqlər:
qanun, layihə, ABŞ Milli təhlükəsizlik agentliyi, Konqres, Barak Obama, ABŞ, Amerika Birləşmiş Ştatları
Əlaqədar
Castin Makkarti: ermənilər terrordan vasitə kimi istifadə edirlər
Səudiyyə Ərəbistanında terror, 4 nəfər dünyasını dəyişdi
Türkiyədə daha on nəfər terrorçu təslim olub
Türkiyə Pakistandakı terroru qınayıb
ABŞ-da epidemioloji vəziyyət, arxiv şəkli

Ölü sayı durmadan artır Çarə isə tapılmır

4
(Yenilənib 11:21 15.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 738 787 yoluxma qeydə alınıb.

BAKI, 15 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 13 323 530-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 578 628 nəfər vəfat edib, 7399 310 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 431 min 574 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 738 787 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
Çin, ABŞ, Uhan, COVID-19, Koronavirus
Ağ Ev

Dünyanın sonuna doğru addım. Strateji silahlarla bağlı sazişin bitməsi necə nəticələnəcək

22
Ağ Ev, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmayacaq. Bu, iki nüvə fövqəldövləti – ABŞ və Rusiyanın hərbi gücünü məhdudlaşdıran son sənəddir.

BAKI, 14 iyul — Sputnik. Andrey Kots. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Ağ Evdə, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmamaq qərarına gəliblər. Bu, iki nüvə fövqəldövlətinin hərbi gücünü məhdudlaşdıran son sənəddir. Beynəlxalq təhlükəsizlik sisteminin dağılması dünyanı necə təhdid edir? Ətraflı RİA Novosti-nin materialında.

Çini də qoşmaq

Jurnalistlərlə söhbətində XİN başçısı vurğulayıb ki, SHS-3 sazişinin uzadılmamasına görə təlaşa düşmək lazım deyil – Rusiya, hətta bu sazişsiz də təhlükəsizliyini təmin etmək iqtidarındadır. Lakin bu saziş çox vacib idi. SHS-3 sazişi 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Sənəd 2011-ci ilin fevralında qüvvəyə minib və 2021-ci ildə qüvvədən düşür.

Müqavilə Rusiya və ABŞ arsenallarında nüvə döyüş başlıqlarının 1550-yə qədər, qitələrarası ballistik raketlərin, sualtı qayıqların və ağır bombardmançıların ballistik raketlərinin 700-ə qədər azaldılmasını nəzərdə tuturdu. SHS-3 sazişi ondan əvvəlki SHS-1 müqaviləsinin sona çatmasından bir il sonra imzalanıb. 2010-cu illərin birinci yarısında SHS-3 sazişinin uzadılmasına çox az adam şübhə edirdisə, Donald Trampın Ağ Evə gəlişindən sonra vəziyyət kəskin şəkildə dəyişib.

Amerika lideri Çinin də SHS-3 müqaviləsində iştirakını sazişin gələcək mövcudluğunun əsas şərtlərindən biri kimi göstərib. Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Fu Tsun bunun yalnız iki halda mümkün olduğunu açıqlayıb: Çin nüvə arsenalını ABŞ arsenalının səviyyəsinə qaldırarsa və ya Vaşinqton öz arsenallarını ixtisar edərsə. Pekin üçün digər variantlar qəbuledilməzdir, çünki strateji potensialdakı böyük fərq nəzərə alınmır.

Vaşinqtonun irəli sürdüyü daha bir şərt Moskvanı qane etmir. İyulun əvvəlində ABŞ prezidentinin silahlara nəzarət məsələləri üzrə xüsusi nümayəndəsi Marşal Bilinqsli "Burevestnik" raketlərinin və "Poseydon" dronlarının layihələrini "dəhşətli" adlandırıb və onların SHS-3 sazişi ilə məhdudlaşdırıla bilmədiyindən bu layihələri bağlamağa çağırıb. Amerikalılar bundan əvvəl də yeni Rusiya silahlarının, o cümlədən, qeyri-nüvə hypersəs "Sirkon" raketlərinin məhdudlaşdırılmasında israr ediblər.

"Bu, yalnız onu göstərir ki, ABŞ-ın dünya liderliyini qorumaq üçün nüvə şantajından başqa vasitəsi qalmır", - hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti-yə izah edib.

"İqtisadi cəhətdən onlar artıq bəzi istiqamətlər üzrə Çindən, bir sıra hərbi texnologiyalarda isə (məsələn, hipersəs silahlarda) Rusiyadan geri qalırlar. Buna görə də bizi qabaqcıl texnologiyalardan imtina etməyə təşviq etməyə çalışırlar. Biz bu tələyə düşməməliyik", - Sivkov deyib.

Güzəştsiz mövqe

Lavrov vurğulayıb ki, Rusiya ABŞ-dan müqaviləni uzatmağı xahiş etməyəcək. Hərçənd Moskva həmişə müəyyən güzəştlərə getməyə hazır olub. Nazir qeyd edib ki, Rusiyanın ən yeni strateji sistemlərinin sayının SHS-3 çərçivəsində məhdudlaşdırılması imkanı amerikalılarla müzakirə edilib. Söhbət "Avanqard" hipersəs döyüş bloklarından və "Sarmat" ağır qitələrarası ballistik raketlərdən gedir.

"Digər üç sistem isə (qanadlı "Burevestnik" raketi, "Poseydon" sualtı dronu və hypersəs "Sirkon" raketi - red.) yenidirlər. Onlar SHS-3 müqaviləsinin əhatə etdiyi kateqoriyalara uyğun deyillər. Amma biz hazırkı razılaşma baxımından klassik olmayan silahların da müzakirə mövzusu olmasına dair söhbətə başlamağa hazırıq", – Lavrov bildirib.

Amma ABŞ-ın cavab güzəştlərinə gedəcəyi ehtimalı azdır. Vaşinqton dəfələrlə güzəştsiz fikirlər səsləndirib: "Ya siz bizim şərtlərimizə qeyd-şərtsiz razılıq verirsiniz, ya da biz müqavilədən çıxırıq".

Belə çıxır ki, nə Rusiya, nə də Çin öz milli maraqlarını nəzərə almadan amerikalıların iddialarına razılaşmaq fikrində deyillər. Mütəxəssislərin fikrincə, SHS-3 müqaviləsinin uzadılması şansı azdır. Bu isə o deməkdir ki, bütün beynəlxalq təhlükəsizlik sistemi tamamilə dəyişəcək.

Keyfiyyət əvəzinə kəmiyyət

"Əgər hərbi sahədə beynəlxalq təhlükəsizlik sistemindən danışırıqsa, etiraf etmək lazımdır ki, bu sistem artıq yoxdur. Bu sistem SSRİ və ABŞ, daha sonra Rusiya və ABŞ arasında razılaşmalara əsaslanırdı. Soyuq müharibənin kəskin münaqişəli vəziyyətlərində hərtərəfli nizamlanan bu sistem Vaşinqtonun təşəbbüsü ilə dağıdılıb", - Rusiyanın "Vətən Arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski vurğulayır.

Ekspert deyib ki, hələlik qüvvədə olan SHS-3 ilə yanaşı yalnız Raket texnologiyalarına nəzarət rejimi haqqında Müqavilə qalır. Lakin amerikalılar bu sənədi də dəyişməyə çalışırlar. İyunda "Reuters" agentliyi ABŞ hərbi-sənaye kompleksindəki və ölkə rəhbərliyindəki mənbələrə istinadən xəbər verib ki, Ağ Ev müqavilənin müddəalarına yenidən baxmaq və müxtəlif ölkələrə daha çox hərbi pilotsuz uçan aparatlar satmaq niyyətindədir. Bu, çətin ki, sazişin digər iştirakçılarını razı salsın.

"Təəssüflə qeyd etmək olar ki, indi hər şeyi yenidən qurmaq lazım olacaq. Prezidentimiz artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün bu məsələnin müzakirəsi üçün görüşməsi təşəbbüsü ilə çıxış edib. Lakin Vaşinqton və Londonun siyasəti və mövqeyi göstərir ki, bu təşəbbüsün perspektivləri minimaldır", - Muraxovski qeyd edib.

Ekspert Rusiya və ABŞ arasında yeni silahlanma yarışının kəmiyyət baxımından olacağını hesab etmir. Lakin strateji silahlar sahəsində texnoloji üstünlük uğrunda mübarizə qızmar olacaq.

22
Səfir Elin Süleymanov, arxiv şəkli

Azərbaycan səfiri ABŞ-ın nüfuzlu radiosunda Ermənistanın təcavüzündən danışdı

0
O, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. ABŞ-da yayımlanan geniş izləyici auditoriyası və nüfuza malik Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə müsahibə baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə junalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir. C. Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini qeyd edir. Jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir ki, təxribata əl atmasından, Azərbaycan hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından bəhs edir. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına təsirini sorğu edir.

Səfir E.Süleymanov həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını dilədi. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir. Ermənistanın təxribata əl ataraq, Azərbaycan silahlı qüvvələrinə və mülki əhalisinə hücum etməsindən bəhs edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirir. E. Süleymanov qeyd edir ki, ölkəmizin işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin danışıqlara tərəf olmasını iddia edən Ermənistan törətdiyi təxribatla münaqişənin əsas tərəfi özü olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi adlandırır. Ermənistanın Azərbaycanın beynəlxalq sərhəddinə hücum etməkdə məqsədinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını məsələyə cəlb etmək olduğunu bildirən səfir, qarşı tərəfin sülh əvəzinə münaqişənin daha da genişlənməsi yolunu tutduğunu bildirir. Səfir Ermənistan müdafiə nazirliyinin öz rəsmi Twitter hesabında müdafiə nazirinə istinad edərək Ermənistanın lazım gələrsə daha çox ərazi "işğal edəcəyini" bildirməsini kəskin qınayır.

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirdi.

Səfir Süleymanov ölkə Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bu davranışlarının tam məntiqsiz və anlaşılmaz olduğunu vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini, ilk öncə Ermənistanın özünə ziyan verdiyini bildirdi.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7632056-catastrophic-firefight-erupts-along-the-azerbaijan-armenia-international-border-elinsuleymanov internet səhifəsindən tanış olmaq mümkündür.

0