Kim Çen In

Şimali Koreya liderinin qardaşı yoxa çıxıb

14
(Yenilənib 12:05 24.05.2015)
KXDR lideri Kim Çen Inın böyük qardaşı Londonda Erik Klaptonun konsertindən sonra yoxa çıxıb.

BAKI, 24 may — Sputnik. KXDR lideri Kim Çen Inın böyük qardaşı Londonda Erik Klaptonun konsertindən sonra yoxa çıxıb.

Bu barədə Renhap agentliyi xəbər verir.

34 yaşlı Kim Çen Çxol mayın 23-də Moskvadan Pekinə uçmalı imiş. Lakin London-Moskva reysinin sərnişinlərinin arasında onun adına rast gəlinməyib. Həmçinin Moskva-Pekin reysində də Kim Çen Çxol olmayıb. 

Bu barədə Renhap agentliyinə məlumatlı mənbə xəbər verib.


14