1. Silvio Berlusconi  2. Angela Merkel 3. Nicolas Sarkozy

Silvio Berluskoni yenidən gündəmdə

9
(Yenilənib 18:42 22.05.2015)
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni İnstagram sosial şəbəkəsində özünə yeni səhifə açıb.

BAKI, 22 may — Sputnik. İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni İnstagram sosial şəbəkəsində özünə yeni səhifə açıb.

Artıq 20 mindən çox insan onun səhifəsinə üzv olub.

Eks-baş naziri izləyənlər arasında qadınların çoxluq təşkil etməsi isə diqqət çəkib.

78 yaşlı Berluskoni daha çox özəl həyatı ilə bağlı fotolar paylaşmağa üstünlük verir. Son olaraq əlavə etdiyi şəkildə o iti ilə birgə görüntülənib.

Silvio Berluskoni nazir işlədiyi dövrlərdə, daha çox seks skandallarla gündəmə gəlib. O, məşhur manikenlərlə yaşadığı həyat və tez-tez təşkil etdiyi əyləncə gecələri ilə tanınır.

 

9