İtalyanlar 900 miqrantı boğulmaqdan xilas etdi

6
(Yenilənib 08:44 26.05.2015)
İtaliyanın sahil təhlükəsizlik qüvvələri dünən 900-dan çox afrikalı miqrantı xilas etdiklərini açıqlayıb.

BAKI, 22 may — Sputnik. İtaliyanın sahil təhlükəsizlik qüvvələri dünən 900-dan çox afrikalı miqrantı xilas etdiklərini açıqlayıb.

Xilasetmə dəstəsinə rəhbərlik edən komandir Françesko Koronas deyib ki, bəzi qayıqlar biz ora çatanadək artıq çoxdan batmışdı. Xeyli sayda miqrantın həyatını itirdiyi ehtimal olunur.

Şimali Afrikadan olan ərəb və qaradəli qaçqınlar ölkələrindəki aclıq və müharibələrdən xilas olmaq üçün Avropaya üz tutur.

Qitəyə köçmək istəyən miqrantların əksəriyyəti Somali, Qambiya və Suriyadandır.

 

6
Teqlər:
afrika, italiya, mühacir
Mövzu:
Avropada mühacir böhranı (13)