Pakistanda terror

Türkiyə Pakistandakı terroru qınayıb

6
(Yenilənib 13:16 20.05.2015)
Türkiyə Pakistanda ismaililər əleyhinə terror zamanı 40-a yaxın adamın ölməsi və 20 adamın yaralanması haqqında məlumatı narahatlıqla qarşılayıb

BAKI, 14 may — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi Pakistanın Kəraçi şəhərində sərnişin avtobusuna edilən silahlı hücumu qınayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd olunur ki, Türkiyə ismaililər əleyhinə terror zamanı 40-a yaxın adamın ölməsi və 20 adamın yaralanması haqqında məlumatı narahatlıqla qarşılayıb.

Pakistanda dünən sərnişin avtobusuna silahlı hücum zamanı 41 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.

6