Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

© © DSX-nin mətbuat xidmətiElçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb
Elçin Quliyev Ermənistanla sərhəddəki məntəqələrin döyüş fəaliyyətini yoxlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti müzakirə olunub

BAKI, 7 may — Sputnik. Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib.

DSX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Xəbər lenti
0