"TurAz Şahini - 2021": çətin pilotaj döyüş manevrləri - VİDEO

24
(Yenilənib 17:43 13.09.2021)
Ssenarilərə əsasən, hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

BAKI, 13 sentyabr — Sputnik. Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

Təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif ssenarilər üzrə məşq etdirilir.

Ssenarilərə əsasən, hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

24

"TurAz Şahini - 2021" təlimləri başa çatdı

14
(Yenilənib 17:08 16.09.2021)
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

BAKI, 16 sentyabr — Sputnik. Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Şahini - 2021" birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd "MİQ-29" qırıcı və 2 ədəd "SU-25" hücum təyyarələri cəlb edilib.

Eləcə də oxuyun: 

14
Teqlər:
hərbi təlimlər, Konya, Türkiyə, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

12
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

12
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

0
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

0
Teqlər:
məscid, Moskva, çatışmazlıq