Dənizə çıxan gəmilər haqqında. Teriberkadakı gəmi qəbiristanlığı drondan qeydə alınıb

20
(Yenilənib 23:29 12.09.2021)
Murmansk vilayətinin Teriberka kəndində turistləri və fotoqrafları Şimal qütbünün kənarlarına cəlb edən bir yer var - gəmi qəbiristanlığı.

Kadrlarda tərk edilmiş balıqçı qayıqlarının bir çox qorxulu “skeletləri”ni görmək olar. Burada onlar son tərsanələrini  tapıblar. Belə ki, təqribən 20 ilə yaxın xidmət müddəti olan körpünün ağacdan hazırlanması onların səhvi idi.

Köhnəlmiş gəmilər qapalı və torpaqla örtülmüş vəziyyətdə barjanın yaxınlığında qoyulub.

Ümumilikdə turistlər qeyd edirlər ki, sahildə təxminən 15 gəmi görmək mümkündür.

 

20

“Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi davam edir

2302
Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

BAKI, 25 sentyabr - Sputnik. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir.

Təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.

Həmçinin oxuyun:

"Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

2302
Teqlər:
Naxçıvan

Fransalı kəndirbaz Sena üzərində 600 metr məsafə qət etdi

7
Fransalı ekstrim həvəskarı Natan Polin Sena çayı üzərində, Eyfel  qülləsi ilə Şayo Milli Teatrı arasında çəkilmiş kanatın üstü ilə 600 metrilk “gəzinti” gerçəkləşdirib.

Bir neçə dəfə dünya rekorduna imza atmış Natan Polin ilk dəfə deyil ki, Sena çayını kanat üzərindən adlayır.

Parisin onlarla sakini onun bu “tamaşa”sını böyük maraqla izləyib. Kanat yerdən 70 metr hündürlükdə bərkidilib, “gəzinti” isə təxminən yarım saat çəkib. Polin bunu Avropa İrsi Gününə həsr edib.

Плашка: Kəndirbaz kanat üzərində 600 metr məsafə qət etdi

7
Teqlər:
Paris
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES