Xerson vilayətindəki çəhrayı Lemurian gölünün dronla çəkilmiş görüntüləri

23
(Yenilənib 16:02 10.09.2021)
Çəhrayı Lemurian gölünü Ukraynanın Ölü dənizi adlandırırlar.Daha Ətraflı videomuzda izləyə bilərsiniz.

Yerli sakinlər və turistlər suyun həddən artıq duzlu olması səbəbindən gölü Ukraynanın Ölü dənizi adlandırırlar. Göldə çimmək xəstəliklərin müalicəsi və qarşısının alınması üçün faydalı sayılır. Məhz buna görə göldə başqa ölkələrdən gələn səyahətçiləri də görmək mümkündür.

Su anbarı təkcə müalicəvi xüsusiyyətləri ilə deyil, həm də suyun qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Çəhrayı rəng təkhüceyrəli Dunaliella yosunlarnın buraxdığı şirənin nəticəsidir. Dunaliella yosunları Günəş şüalarına məruz qaldıqda suyu çəhrayı rəngə boyayan beta-karotin ifraz edir. İsti havalarda su daha sürətlə buxarlanır və sahildə duz qalır. Turistlər özləri ilə yalnız parlaq təəssüratlar və fotoşəkillər deyil, həm də duzlaşmış stalaqmit parçalarını da götürə bilərlər.

 

23

Şimal-qərb bölgəsi sel suları altında qalıb, 53 yaşlı kişi daşqının qurbanı olub

49
Güclü yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən keçən Katex, Balakən, eləcə də Tala çaylarında suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib.

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində, xüsusən də Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, gecə saatlarında küləklə müşahidə olunan leysan yağıb.

Bu gün səhər saatlarında Zaqatala rayonun Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib.

Zaqatalada Tala çayının daşması səbəbindən çayın sol və sağ sahillərində yerləşən Yolayrıc, Höytala və Vöhtala kəndlərində həyətyanı sahələr sel suları altında qalıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti də dağılaraq yararsız vəziyyətə düşüb.

Katex çayı da məcrasından çıxıb və sol sahildə yerləşən Mazıx kəndində bir neçə həyatyanı sahəyə sel suları dolub, təsərrüfatlara ziyan dəyib.

Sel suları Balakəndə də fəsadlara yol açıb. Balakən çayının məcrasından çıxması səbəbindən çayın sol sahilində yerləşən Kortala kəndini sel suları basıb. 60-a yaxın həyətyanı sahəyə və təssərrüfata ciddi ziyan dəyib. Evlərin zirzəmilərinə və birinci mərtəbələrinə sel suları dolub.

Hər iki rayonun müvafiq qurumları leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

49
Teqlər:
sel, daşqın

Mercedes-Benz Münhen avtosalonunda Avatardan ilhamlanan superavtomobili sərgiləyib

9
Mercedes-Benz Ceyms Kameronun "Avatar" blokbasterindən ilhamlanaraq yeni avtomobilini nümayiş etdirib. Ətraflı videoda.

Mercedes-Benz Münhendə keçirilən Beynəlxalq Avtomobil Sərgisində Disney ilə birlikdə hazırlanmış və Ceyms Kameronun "Avatar" blokbasterindən ilhamlanan konseptual "VISION AVTR" elektromobilini nümayiş etdirib. Markaya görə futuristik superavtomobilin əsas xüsusiyyəti, sürücünün zehni idarə etməni "insan və nəqliyyat vasitəsi arasında qarşılıqlı əlaqənin yeni bir ölçüsü olaraq" istifadə etməsinə imkan verən beyin-kompüter interfeysləri (BCI) texnologiyasından yararlanmaqdır.

VISION AVTR keçən il avtomobil sərgisində ictimaiyyətə təqdim edilib. Ancaq BCI funksiyalarını ilk dəfə yalnız ofisdə təqdim edib. Münhendə şirkət Maybach elektromobili də daxil olmaqla ən son modellərini nümayiş etdirib.

9
Əsir, arxiv şəkli

İtkin düşmüş hərbi əsirlərin problemlərinin həlli

0
Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

BAKI, 23 sentyabr — Sputnik. Vətən müharibəsinin bitməsindən bir il sonra itkin düşənlərin və hərbi əsirlərin problemlərinin həlli hələ də cəmiyyətin aktual problemlərindən biri olaraq qalmaqdadır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlumatına görə, Qarabağ münaqişəsi başlayandan bəri 719-u mülki şəxs olmaqla 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Müraciətdə deyilir ki, indiyə qədər Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq və 65 qadın (20 qoca) itkin düşüb. Azərbaycan Respublikasının, həmçinin Cenevrə konvensiyalarının, iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yeddi Azərbaycan hərbçisinin taleyi haqqında da məlumat vermir. Son bir ildə Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) köməyi ilə keçmiş münaqişədə olan tərəflər arasında dəfələrlə hərbi əsirlər dəyişdirilib.

Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynalov, həmçinin qeyd olunan məsələlərlə məşğul olan digər ictimai təşkilatların nümayəndələri sentyabrın 30-da saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında bu problemlərin necə həll olunması barədə danışacaq.

Tədbir iştirakçılarına sualları əvvəlcədən e.velizade@sputniknews.com elektron ünvanına göndərmək olar.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

0
Teqlər:
itkin, hərbi, hərbi əsir