Öz qanı ilə tarix yazan astaralı şəhid Orxan Babayev

61
(Yenilənib 14:27 09.09.2021)
Şuşa şəhərini erməni qəsbkarlarından azad edərkən adını öz qanı ilə tarixə yazan Daxili Qoşunların Baş çavuşu, şəhid Orxan Babayev. Ətraflı videomuzda.

1994-cü ildə Astaranın Kijəbə qəsəbəsində dünyaya göz açan Orxan Babayev ailədə 3-cü övlad olub.

“Biz ailədə 4 qardaş olmuşuq, Orxan məndən sonra 3-cü qardaş idi. O, çox mehriban, sadə, yolagedən biri idi. 2-ci, 3-cü qardaş idik, yaş fərqimiz az olduğuna görə çox yaxın münasibətimiz var idi. Nə çətinliyi, nə sevinci var idisə, mənimlə bölüşürdü.”- Elvin Babayev şəhid qardaşı haqqında Sputnik Azərbaycana müsahibəsində bildirib.

Elvin Babayev qardaşı Orxanla 44 günlük Vətən müharibəsi zamanı tez-tez əlaqə saxladığını vurğulayıb:

“Bu hissi sözlə ifadə etmək olmur. Qardaş itirmək çox acı bir şey olsa da, onun şəhid olması, necə deyərlər,  xalqımızın 30 illik həsrətinə son qoyması, bu cür qəhrəmanlıq göstərərək şəhadətə qovuşması ilə mən ancaq fəxr edirəm. Qürur hissi duyuram ki, Orxan kimi qardaşım var mənim.”

Şəhidin dostu Şəhriyar Mərufov müsahibəsində bildirib:

“Biz orada çətin günlərdən, çətin sınaqlardan, kurslardan keçmişik. Hərbi xidmətdə isə bizim Orxanla yoldaşlığımız 2016-cı ildən başlayıb və zaman keçdikcə daha da möhkəmlənib artmışdı. Müharibə zamanı Füzuli istiqamətindən hərətəkə başladıq. Ondan sonra Cəbrayıl, Hadrut, Xocavənd... Ən qızğın, son döyüşümüz Şuşa şəhərini düşmən işğalından azad etmək uğrunda oldu. Bizə verilən tapşırıqla biz 3-4 gün ərzində Şuşa şəhəri istiqamətində hərəkət etdik. Biz orada meşələrdən, dağlardan, dağ cığırlarından və çətin yollardan ac-susuz keçdik. Hətta elə bir şey olurdu ki, biz Orxan qardaşımızla birlikdə bir peçenyeni bir neçə hissəyə bölüb yeyəndən sonra hərəkətə başlayırdıq. Şuşada birbaşa düşmənin üzərinə hücuma keçdik. Orada, 1553-cü zirvədə düşmənlə atışmada, düşmən postunun yerləşdiyi yüksəkliyi ələ keçirəndən sonra hər qrup ayrı-ayrı tapşırıqlar verildi. Bizim qrupu həmin yüksəkliyin mühafizəsi üçün saxladılar. Orxanın hərəkət etdiyi qrup isə Şuşanın mərkəzinə doğru irəliləməli idilər.”

Orxanın döyüş və xidmət yoldaşı, eyni zamanda həmkəndlisi Şəhriyar Mərufov onların əvvəldən dostluq münasibətlərinin olduğunu bildirib.

 

61

Kanar adalarında vulkan püskürməsi: onlarla evə ziyan dəydi

5
Kumbre Vyexa vulkanından axan lava Kanar adaları arxipelaqının bir hissəsi olan Palma adasındakı yaşayış məntəqələrinə yaxınlaşır.Ətraflı videomuzda.

Dron görüntülərində lavanın hovuza axaraq suyun qaynamasına səbəb olduğu əks olunub. Tüstü, kül və ara-sıra yanğınların yerli sakinlərin təxliyə edilməsinə səbəb olduğu bildirilir.

Palma adasındakı Kumbre Vyexa (Köhnə zirvə) vulkanının püskürməsini bazar ertəsi lentə alıblar. Bir neçə gün ərzində yerli hakimiyyət orqanları onun artan seysmik aktivliyini izləyiblər. Adanın boşaldılması bazar günü başlayıb. Beş mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Sonuncu dəfə Kanar adalarında vulkan püskürməsi 2011-ci ildə qeydə alınıb. Sonra El Hyerro adası yaxınlığındakı sualtı vulkan bir neçə ay aktiv idi.

 

5

"Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

1487
(Yenilənib 10:21 21.09.2021)
General-leytenant Hikmət Mirzəyev təlimdə iştirakçıların yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdiklərini bildirib.

Bazar ertəsi, sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və  şəxsi heyətə müraciət edərək bildirib: “Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır. O bildirib: "Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib: “Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

“Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

Eləcə də oxuyun:

1487
Teqlər:
hərbi təlimlər, Türkiyə, Pakistan, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi