Azərbaycan Türkiyə xüsusi təyinatlıları Laçında şərti düşmənə yaxınlaşıblar

3116
(Yenilənib 17:32 09.09.2021)
Mürəkkəb relyefli ərazilərdə kəşfiyyat, təxribat qruplarının aşkarlanaraq məhv edilməsi planları icra edilib.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Həmçinin oxuyun:

* Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

* Müdafiə Nazirliyinin rəhbərliyi “Üç qardaş - 2021” təliminə hazırlıq işləri ilə tanış olub

* Rəsmi Bakı Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib

3116

Ordumuzun minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşqindən kadrlar

7
(Yenilənib 15:45 18.09.2021)
Məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

BAKI, 18 sentyabr - Sputnik. 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.
Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.
Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Eləcə də oxuyun:

7
Teqlər:
Azərbaycan Ordusu, minaatan, bölmə, döyüş hazırlığı, video, Azərbaycan Müdafiə Nazirliyi

Qusarda leysan sakinləri çətinə saldı: FHN xilasetmə anlarını paylaşdı

12
(Yenilənib 15:07 18.09.2021)
Əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

BAKI, 18 sentyabr - Sputnik. Yağan güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, məlumat əsasında hadisə yerinə Nazirliyin Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, əkin sahələrində təsərrüfat fəaliyyəti üçün gəlmiş 35 nəfər vətəndaş, habelə 1 avtonəqliyyat vasitəsi yağan güclü leysan yağışları səbəbindən ərazini tərk edə bilməyib və köməksiz vəziyyətdə qalıb.

Yolların çətin keçilməsi və hərəkət imkanının məhdud olmasına baxmayaraq, həyata keçirilmiş xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar və avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə təxliyə olunub.

Eləcə də oxuyun:

12
Teqlər:
Qusar, əkin, leysan, əməliyyat, xilasetmə, FHN, video
Həkim, arxiv şəkli

Bekarsınız? Psixoloq bunun gözlənilməz faydalarını açıqladı

0
(Yenilənib 22:36 18.09.2021)
Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur.

 

BAKI, 18 sentyabr — Sputnik. Çoxları istirahət etməyi və bekar olmağın faydalı ola biləcəyini unudub. Bu barədə Sputnik Radio-ya açıqlamasında Rusiyanın "Psixodemiya" Təhsil Mərkəzinin konsultativ psixologiya və psixoterapiya laboratoriyasının müdiri Nataliya Kiselnikova deyib.

Onun sözlərinə görə, məhsuldarlığa can atmaq insan həyatının daimi bir hissəsi olmamalıdır.

"Bekar olmaq, çətin ki, özü-özlüyündə nəticə hesab oluna, lakin o, dəyər ola bilər. Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur", - deyə Kiselnikova bildirib.

O vurğulayıb ki, əksəriyyət bekar olarkən özünü günahkar hiss edir ki, bu da insanın nə istirahətdən, nə də işdən həzz almaması ilə nəticələnir.

Psixoterapevtin sözlərinə görə, çoxlarının istirahət hesab etdiyi şey heç istirahət də deyil. Bura xəbərlərin oxunması və digər məlumat yüklənmələri daxildir. Kiselnikova insanlara hər gün ən az 15 dəqiqə tamamilə sakitlikdə qalmağı tövsiyə edir. Mütəxəssis vurğulayıb ki, bu heç də asan məsələ deyil.

Eləcə də oxuyun:

0