Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mingəçevirin “Kiçik Qobustan”ı: Ləpələrin yaratdığı muzey

Abunə olmaq
Mingəçevirdə “Kaha", "skala” adı verilən qaya parçaları görünüşü ilə diqqəti cəlb edir. Daha ətraflı videomuzda.
Ölkənin ən iri şəhərləri sırasında olan Mingəçevir daha çox “Nur şəhəri” kimi xatırlanır. Kür çayının iki hissəyə ayırdığı şəhərdə maraqlı məkanlar da az deyil. Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevir su anbarının ətrafında ləpələrin yaratdığı fərqli görünüşlü məkan hər kəsin diqqətini çəkir. Buranı ləpələrin yaratdığı gözəllik və ya açıq səma altında muzey də adlandırmaq olar. Məkana ilk dəfə gələnlər buranın hər hansı sənətkar tərəfindən xüsusi alətlərlə yonulub hazırlandığını düşünürlər. Əslində isə illərdir bu diqqət çəkən mənzərə ləpələrin iri daşlara çırpılıb geri çəkilməsindən sonra yaranıb.
Yerli sakinlərin "kaha", "skala" adlandırdıqları iri qaya parçaları qədim insan məskənini xatırladır. Burada mağaraya bənzər oyuqların olması isə xüsusi diqqət çəkir. Müxtəlif şəhərlərdən Mingəçevirə - “Kiçik Qobustan”a gələnlər fərqli görünüşə malik daşların üzərində qeydlər də edirlər. Rayon, şəhər, müxtəlif insan adları iri daşların üzərini bəzəyir. Maraqlı məkan "Nur şəhəri"nin turizm potensialına da öz müsbət təsirini göstərə bilər. Bir sözlə, ərazidən səmərəli istifadə etmək üçün artıq zaman yetişib.
 
Xəbər lenti
0