Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər

9
(Yenilənib 11:41 06.09.2021)
Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 22-də Füzuli rayonunun Mollavəli kəndi erməni işğalından azad olunub.

Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndindən görüntülər yayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mollavəli kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli inzibati ərazi vahidində kənddir.

Orta əsrlərə aid mənbələrdə adı qeyd olunan yaşayış məntəqəsi 1863-cü ilə bağlı kameral siyahıya görə, Mоllavəli kəndi 4 ailədən (İsmayıl Xanməmməd оğlu, Xanməmməd Ağaməmməd оğlu, Əliməmməd Ağaməmməd оğlu, Allahverdi Məmmədxan оğlu) ibarət idi.

1872-ci ilə aid tоrpaq sənədlərində Mоllavəli kəndindən Gülməmməd Ağaməmməd оğlu, Xudakərəm Allahverdi оğlu, Kazım Allahverdi оğlu, Məmmədvəli Gülbudaq оğlu, Şahkərəm Rüstəm оğlu, Mehrəli Məmmədrəhim оğlu, Məmi Mirzə оğlu və Əlikərim Allahverdi оğlunun adları çəkilir.

1873-cü ilə bağlı kameral siyahıda kənddə 7 tüstünün (yəni yeddi evin) olduğu bildirilir.

Mоllavəli kəndinin əhalisi 1886-cı il kameral siyahısında da göstərilir. Kənddə 11 evin olması qeyd olunur.

Molləvəli kəndi 1993-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən işğal olunub.

22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

9

Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı

36
(Yenilənib 17:34 16.09.2021)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə 3 milyon yaşı olan əmək alətlərinin müasir versiyasını hazırlayır. Ətraflı videomuzda.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə müsahibəsində bildirib ki, 2018-ci ildən Akademiyada fəaliyyətə başladıqdan sonra Azərbaycan arxeologiyasının indiyədək araşdırılmamış sahələrindən biri olan eksperimental arxeologiya və qədim daş dövrü texnitipologiyası üzərində tədqiqatlara başlayıblar.

Keçmişə nəzər salsaq, daş alətlərin hazırlanma xronologiyasına baxsaq, təxminən 3 milyon il əvvəl, hominini qrupları, avstralopitek cinsindən olan insanabənzər canlılar çay daşlarından və digər xammaldan alət düzəltməyə başlayıblar. Daha sonra bazalt, çaxmaq daşı və obsidiandan, eləcə də digər kvars növlərdən istifadə edərək gördüyünüz alətlərin tiplərini yaradıblar. Hər bir dövrün öz texnologiyası və tipologiyası var. Biz həmin tipologiyaya baxaraq hansı texnologiya və metodlardan istifadə edildiyini öyrənirik, xarici eksperimental arxeoloqlardan məsləhətlər və dəstək alaraq bu işi həyata keçiririk.

Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.

 

 

36

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

1289
(Yenilənib 17:37 16.09.2021)
Özbəkistanda pomidordan COVID-19 peyvəndi yaradılması istiqamətində işlər aparılır. Peyvəndin təsir müddəti, koronavirus mutasiyaya uğramadığı təqdirdə, təxminən bir il yarım olacaq. Ətraflı videomuzda.

Peyvəndin hazırlanması üçün məhz bu bitkinin seçilməsi həmçinin iqtisadi səmərəliliklə əlaqədardır. Belə bir peyvənd üçün xüsusi saxlama və daşınma şəraiti, həmçinin xüsusi avadanlıq və çox sayda işçi tələb olunmur. Çünki pomidor plantasiyada yetişdirilə bilər.

Alimlər güman edirlər ki, vaksin qida şəklində qəbul olunduğu təqdirdə onun potensial olaraq daha az miqdarda yan təsirləri ola bilər.

 

1289

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

7
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

7
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva