Buranın suyu, torpağı fərqlidir: Şuşada ilk çörək bişirmə sexi fəaliyyətə başlayıb

37
Bu gün işğaldan azad edilən rayon və şəhərlərimizdə yenidənqurma, quruculuq və abadlıq işləri gedir. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Bu gün Şuşa şəhərində artıq çörək bişirmə sexi də fəaliyyət göstərir ki, bu sex gün ərzində 5 tona yaxın istehsal gücünə malikdir. Şuşadakı çörək sexindən xüsusi reportajı Sputnik Azərbaycan-ın bölgə müxbiri hazırlayıb.

Sexin rəhbəri və özü də elə Şuşa sakini olan Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən öncə də onun  burada çörək sexi olub. Burada çörəklər tələbata uyğun hazırlanır. Bir çörək də belə, artıq qalmır. Hətta buranı ziyarət edən Şuşa sakinləri, qonaqlar da bu ünvandan evlərinə çörək alıb aparırlar. Müəssisənin rəhbəri deyir ki, vaxtilə çörək sexi ilə onların evləri arasında xeyli məsafə olub. Elə çörək bişirməyə də marağı o vaxtdan yaranıb. Hətta o bununla bağlı xatirəsini də bizimlə bölüşür:

“Mənə evdən deyirdilər ki, məsələn, 3 ədəd çörək alarsan. Mən gedib 4 ədəd çörək alırdım. Birini sexdən evə gələnə kimi yolda yeyirdim. Şuşanın çörəyi elə dadlı olurdu. Burada bişən çörək də eyni dadı verir. Biz burada olan hərbçiləri çörəklə təmin edirik. Burada işləyən mülki şəxslər var, onları da çörəklə təmin edirəm. Mənim çörəyimdən çox razıdırlar. Yeyirlər, çox dadlı çörəkdir. Hər gələn burdan 10 çörək, 15 çörək, 20 çörək, 30 çörək alır ki, aparıb Bakıda qohum-əqrəbaya, qonşulara paylayacağam ki, Şuşada belə dadlı çörək bişir.

Müəssisənin rəhbəri deyir ki, vaxtilə çörək sexi ilə onların evləri arasında xeyli məsafə olub. Elə çörək bişirməyə də marağı o vaxtdan yaranıb. Hətta o bununla bağlı xatirəsini də bizimlə bölüşür: “Mənə evdən deyirdilər ki, məsələn, 3 ədəd çörək alarsan. Mən gedib 4 ədəd çörək alırdım. Birini sexdən evə gələnə kimi yolda yeyirdim. Şuşanın çörəyi elə dadlı olurdu. Burada bişən çörək də eyni dadı verir”.

Bu gün Şuşa şəhərinə üz tutan hər kəs bu sexin yanında ayaq saxlayıb, ətri qala divarlarını bürüyən “Qala çörəyi”ndən almamış getmir. Şuşa sakini Rizvan Bədəlov müsahibəsində bildirib: “Mən gəldim Şuşaya ki, ermənilərin dağıtdığı evimizi görəm. Heç bir əsər-əlamət qalmayıb. Mənim atamın qəbri burdadır, qardaşımın qəbri burdadır. Şuşa da işğaldan azad olunandan mən bilirəm ki, burada çörək bişir. Bura gəlib Qəzənfər müəllimin bişirdiyi çörəkdən alıb aparmamaq günah olardı. Mən burada bişən çörəyi aparıb orada uşaqlara yedirtmiyim?! Müsahibimiz deyir ki, “Qala çörəyi”nin dadı fərqlidir. Bu məsələdə isə təbiətin də möcüzəsinin rolu böyükdür.

Çörəyin dadlı olmasına gəlincə, biz başqa cür düşünürük. Bu yer Qafqazın cənnət məkanıdır. Ona görə də Şuşada hazırlanan bütün təamların da dadı fərqlidir. Uzun illərdən bəri dadı qaçan ağzımız yenidən öz dadına qovuşub. Bu müqəddəs bərəkətin qarşısında Tanrıdan tək diləyimiz budur ki, qoy Azərbaycan xalqının, xüsusən də şuşalıların ağzının dadı heç zaman qaçmasın...

 

37

Hərbçilərimizin həftə ərzində fəaliyyəti - Müdafiə Nazirliyinin icmalı

8
(Yenilənib 15:33 19.09.2021)
Kadrlarda nazirlik nümayəndələrinin səfərləri, müxtəlif qoşun növlərində xidmət edən hərbçilərimizin ustalığı, həmçinin qardaş dövlətlərin hərbçiləri ilə keçirilən birgə təlimlərlə bağlı görüntülər nümayiş olunur.

BAKI, 19 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində hərbçilərimizin iştirak etdiyi tədbirlər və görüşlərlə bağlı həftəlik video-icmal təqdim edib.

Kadrlarda nazirlik nümayəndələrinin səfərləri, müxtəlif qoşun növlərində xidmət edən hərbçilərimizin ustalığı, həmçinin qardaş dövlətlərin hərbçiləri ilə keçirilən birgə təlimlərlə bağlı görüntülər nümayiş olunur.

Həmçinin oxuyun:

"TurAz Şahini - 2021" təlimləri başa çatdı

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib

8
Teqlər:
müdafiə, Müdafiə Nazirıiyi

Dalğalar on üç metrlik nəhəngi sahilə vurdu

10
(Yenilənib 15:10 18.09.2021)
Kamçatka diyarının Aleut inzibati rayonuna aid olan Berinq adası sahilində Qırmızı kitaba düşmüş 13 metrlik qozbel balina cəmdəyi tapılıb. Ətraflı videomuzda.

Bu barədə çərşənbə axşamı S.V.Marakov adına "Komandorski" Dövlət Təbiət Biosfer Qoruğunun mətbuat xidməti məlumat verib. Məlumata görə, qoruğun elmi şöbəsinin mütəxəssisləri heyvanın cəmdəyini ölçüblər və daha sonra tədqiqat aparmaq üçün balinadan toxuma nümunələri götürüblər.

Qeyd edək ki, bu qozbel balina növü Beynəlxalq Qırmızı kitaba və Rusiyanın Qırmızı Kitabına daxil edilib. Mütəxəssislərin qənaətinə görə, bu dəniz heyvanlarının hazırda dünya okeanında sayı təxminən 60 mindir.

10
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

0
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

0
Teqlər:
Belarus, ixrac, idxal