Əlahiddə Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir

2124
(Yenilənib 11:49 03.09.2021)
Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağqalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.

Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağqalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.

Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir.

Həmçinin oxuyun:

Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıblar

2124
Teqlər:
ordu

Dünyada ilk: azərbaycanlı rəssam neştərlə şah əsərlər yaradır

258
(Yenilənib 18:37 24.09.2021)
Azərbaycanlı rəssam ağla gəlməyən alətlə - cərrah bıçağı ilə heyrətamiz rəsm əsərləri yaradır. Ətraflı - videomuzda.

Rəssamın iş texnikası bir növ qravürlərin hazırlanmasında istifadə olunan ağac üzərində naxış açma sənətini xatırladır. Ancaq əgər həmin sənət növündə ağac üzərində qabarıq siluet alınırdısa, Hüseyn Mirtəqavi birbaşa qara lövhə üzərində işləyir. Bu sənət onu yaradan müəllifdən rəsmi əvvəlcədən təsəvvür edə bilmək və ucu iti qələmlə işləmək bacarığı tələb edir. Çünki yalnız bircə ehtiyatsız hərəkət belə rəsmin korlanmasına gətirib çıxara bilər.
Hər şey 40 il bundan əvvəl başladı. Həmin vaxt Hüseyn öz şeirlərinə eskizlər və illüstrasiyalar çəkirdi. Onun faner üzərində ilk işi lirik məhəbbət mövzusuna həsr olunmuşdu. Əsərdə ürəklərini başlarının üzərində tutmuş gənc oğlanla qız və onların gələcək övladını təcəssüm etdirən çiçək təsvir olunmuşdu.
Daha sonra rəssam Sankt-Peterburqa işləməyə yollanır və öz yaradıcılığını orada davam etdirir. Bu şəhərdə Hüseyn peşəkar rəssamlarla tez-tez ünsiyyətdə olur və öz əl işləri ilə onları heyrətləndirirdi.

258

MN Ağdamdan yeni video paylaşıb

949
(Yenilənib 16:23 24.09.2021)
Müdafiə Nazirliyinin paylaşdığı yeni video Ağdamın Ətyeməzli kəndinin işğal dövrü ərzində necə dağıldığını göstərir: vaxtilə gözəl günlərin rəmzi olan ikimərtəbəli binalardan ancaq yarıuçuq divarlar qalıb.

BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdən yeni videogörüntülər paylaşıb.

Bugünkü videoçarx Ağdam rayonunun Ətyeməzli kəndindəndir.

Dağətəyi ərazidə yerləşən Ətyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidindədir. Çox vaxt Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub, atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd var. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəliblər. Nadir Şah kəbirliləri Xorasana sürgün etmiş, lakin şah öləndən sonra kəbirlilər geri - Qarabağa qayıtmışlar. Ətyeməzli tirəsinin özü isə Şərifli, Zamanlar, Vəliuşağı, Əfəndilər, Baxışlar və s. nəsillərdən ibarət idi.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

949
Teqlər:
Ağdam, kənd, video, Azərbaycan Müdafiə Nazirliyi
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

0
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

0