Moskvada "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsi keçirilir

38
(Yenilənib 12:53 01.09.2021)
Azərbaycanın da iştirak etdiyi müsabiqədə yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.

Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

Həmçinin oxuyun:

* Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinaldadır

Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında ikinci olublar - VİDEO

Azərbaycan hərbçiləri "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar

38

"Üç qardaş - 2021" beynəlxalq təlimi davam edir

18
(Yenilənib 17:25 15.09.2021)
Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021" beynəlxalq təlimi davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlimin videogörüntülərinə Sputnik Azərbaycan-da baxın. 

18

Türk əsgərinin addım səsləri: Bakı azadlığını belə qeyd edir

32
(Yenilənib 15:20 15.09.2021)
Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə yürüş baş tutub. Yürüş "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və pozulmazdır" şüarı altında keçirilib.

Sentyabrın 15-də səhər saatlarında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində hərbçilər hərbi orkestrlərin müşayiəti ilə yürüş ediblər.

Əsgərlər çiyinlərində Azərbaycan və Türkiyə dövlət bayraqlarını daşıyırdılar.

Təntənəli yürüşün marşrutu Şəhidlər xiyabanından başlayaraq türk şəhidlərinin şərəfinə ucaldılmış abidə, "İçərişəhər" metro stansiyası, İqtisadi Universitetin binası, Qoşa qala qapısı, "Azneft" dairəsi, Bəhram Gurun abidəsinə qədər gedib.

Bakının azad olunmasının ildönümünün qeyd edilməsi çərçivəsində həmçinin Səməd Vurğun bağından 28 May küçəsi, Bülbül və Neftçilər prospekti ilə Azadlıq meydanına qədər yürüş keçirilib.

 

32

İƏT nümayəndə heyəti Şuşa şəhərindədir

0
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

11:11

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

0
Teqlər:
zərif cins, sosial