Kreativ musiqiçi: Butulka üzərində mahnı ifa edir

22
(Yenilənib 15:25 28.08.2021)
Sankt-peterburqlu musiqiçi Fyodor Qriqoryev şüşə butulkalardan və bambuk borulardan qeyri-adi alət yaradıb. Ətraflı videoda izləyə bilərsiniz.

Fyodor Qriqoryev məşhur musiqi əsərləri ifa edir və yaradıcılığı ilə bir çox şəhərlərdə tamaşaçı cəlb edir. Klassik musiqi təhsili alan Fyodor Qriqoryev Rimski-Korsakov adına musiqi məktəbini bitirib.

Orijinal bir musiqi aləti yaratmaq fikri ona zərb alətlərində ifa etməyə başlayanda gəlib.

Fyodor şüşə üzərində musiqi ifa etməyin bəzi sirlərindən danışıb. Onun sözlərinə görə, musiqi alətinin prinsipi pianoya bənzəyir. Butulka seçərkən vacib bir parametr şüşənin silindrik forması və qalınlığıdır. Şüşə nə qədər incə olsa, səs daha yüksək olacaq. O, yaratdığı aləti “Butılofon” adlandırıb.

Musiqiçi və qeyri-adi aləti nəinki Rusiyada, hətta xaricdə də tanınır. O, Birləşmiş Ərəb Əmirliklərində və Səudiyyə Ərəbistanında, eyni zamanda Finlandiya, Fransa və Norveçdə festivallara qatıldığını da bildirib.

22

“Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi davam edir

2267
Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

BAKI, 25 sentyabr - Sputnik. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir.

Təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.

Həmçinin oxuyun:

"Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

2267
Teqlər:
Naxçıvan

Fransalı kəndirbaz Sena üzərində 600 metr məsafə qət etdi

7
Fransalı ekstrim həvəskarı Natan Polin Sena çayı üzərində, Eyfel  qülləsi ilə Şayo Milli Teatrı arasında çəkilmiş kanatın üstü ilə 600 metrilk “gəzinti” gerçəkləşdirib.

Bir neçə dəfə dünya rekorduna imza atmış Natan Polin ilk dəfə deyil ki, Sena çayını kanat üzərindən adlayır.

Parisin onlarla sakini onun bu “tamaşa”sını böyük maraqla izləyib. Kanat yerdən 70 metr hündürlükdə bərkidilib, “gəzinti” isə təxminən yarım saat çəkib. Polin bunu Avropa İrsi Gününə həsr edib.

Плашка: Kəndirbaz kanat üzərində 600 metr məsafə qət etdi

7
Teqlər:
Paris
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES