Bakıda xadiməlik edən bəy nəvəsi bir gecədə məşhurlaşdı

39
(Yenilənib 12:21 27.08.2021)
Kafiyə Cəfərova həyatda çox çətinliklərlə qarşılaşsa da, musiqi ona ayaqda qalmaqda kömək edib. Odur ki mahnı oxumağın daşını atmaq fikrində deyil.

"TikTok" istifadəçisi tərəfindən təsadüfən çəkilən mahnı oxuyan xadimə ilə bağlı videoçarx sosial şəbəkələrdə böyük rezonans doğurub. Belə qəfil şöhrət Kafiyə Cəfərovanın özü üçün də sürpriz olub və ailəsində problem yaradıb.

Sputnik Azərbaycan Kafiyə Cəfərovanı taparaq onunla söhbət edib.

"Atam həkim idi", - deyir Cəfərova. "O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Mircəfər Bağırovun dostu Çelbanəsir bəyin oğlu idi. Babamın Bakıda çoxlu dükanları, müxtəlif obyektləri var idi, sonra repressiyaya uğradı və bütün əmlakı əlindən alındı. Ailəmizdə hər kəs musiqini çox sevirdi. Qardaşım Bakı Musiqi Konservatoriyasında xalq artisti Məmmədbağır Bağırzadə ilə birlikdə oxuyub. Mən bəyin nəvəsi olsam da, küçələri süpürürəm. Bu arzuladığım iş deyil, amma başqa seçimim yox idi. Həyatım çox çətin keçib və bir çox haqsızlıqla üzləşmişəm. Bütün çətinliklərdə məni yalnız mahnı oxumaq xilas edib. Əvvəllər qohumların, yaxın adamların toylarında mahnı oxuyurdum. Mahnı oxuyanda dərhal hər şeyi unuduram. Mənəvi cəhətdən özümü mənfilikdən təmizləyirəm. Hər gün səhər tezdən həyətləri təmizləyirəm və mahnı oxuyuram. Sakinlər artıq buna öyrəşiblər”, - deyə Cəfərova bildirib.

 

39

"TurAz Şahini - 2021" təlimləri başa çatdı

16
(Yenilənib 17:08 16.09.2021)
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

BAKI, 16 sentyabr — Sputnik. Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Şahini - 2021" birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd "MİQ-29" qırıcı və 2 ədəd "SU-25" hücum təyyarələri cəlb edilib.

Eləcə də oxuyun: 

16
Teqlər:
hərbi təlimlər, Konya, Türkiyə, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

12
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

12
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

0
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

0